Kayıtlar

İradəmizə güvənməliyikmi?

Resim
  Daima dəyişdirmək, azaltmaq və ya həyatımızdan tamamilə çıxartmaq istədiyimiz vərdişlər, rutinlər və davranışlar olur. Çünki, biz bitmiş, yekunlaşmış deyil, inkişafda olan, dəyişən bir prosesik. Əgər düşünürsünüzsə ki, sizin inkişafınız, dəyişiminiz artıq dayanıb, o zaman dərhal elə bu düşüncə və yanaşmanızın özünü dəyişdirin. Çünki, məşhur bir deyimdə də deyildiyi kimi, bu həyatda dəyişməyən tək bir şey var, o da elə dəyişikliyin özüdür. Bunun üçün də biz istəsək də, istəməsək də daima dəyişirik. Problem də dəyişib dəyişməmək yox, bu dəyişikliyin mənfiyə, yoxsa müsbətə doğru olmasıdır. Dəyişikliyi müsbət istiqamətə yönəltmək asandır, amma bu cür saxlaya bilmək isə çətindir. Bəzi insanlar üçün əslində dəyişikliyi müsbət istiqamətə yönəltmək də çətindir. Bunun da səbəbləri başqa bir yazının mövzusudur. İndilik sadəcə bunu deyim ki, əsas olan nə qədər tez dəyişmək deyil, davamlı, mütəmadi olaraq müsbətə doğru addımlamaqdır. Əhəmiyyətli olan az da olsa, davamlı olan dəyişiklikdir. Bu, b

Tənqidçilərin psixologiyası

Resim
  Gördüyü istənilən şeyi tənqid edən bir nəfər bir rəsmi də tənqid edirmiş. Yanındakı: “Sən heç bu qədər gözəl bir əsər meydana gətirdinmi?” soruşduqda, “Dostum, mən yumurtlamağı bilmirəm, amma bir yumurtanın sağlam yoxsa çürük olduğunu yaxşı bilirəm” - deyə cavab verir.  Kiminsə tənqid etdiyinin və ya kiminsə tənqid edildiyinin tez-tez şahidi oluruq. Görəsən insanlar niyə tənqid edir? Tənqid etməyin arxasındakı psixologiya nədir? Tənqidin faydalari varmı? Müsbət tənqid necə edilir? Tənqidin insan psixologiyasına təsirləri nələrdir? Tənqid – şifahi, yazılı və ya feli ola bilər. Lüğət mənası ilə tənqid – hər hansı bir insan, əsər və ya mövzunun doğru-yanlış, əskik-artıq, gözəl-çirkin cəhətlərini tapıb göstərmə işidir. Tənqidin əxlaqi cəhətdən yaxşı və ya pis dəyərləndirilməsi; kimə, nə vaxt, hansı dərəcədə, hansı məqsədlə və hansı niyyətlə edildiyindən asılıdır. Bu baxımdan tənqid, müsbət tənqid (faydalı olan) və mənfi tənqid (zərər verən) olaraq iki yerə bölünür. Tənqidin təsiri də yux

Pul və xoşbəxtlik

Resim
  Xoşbəxtlik anlayışı iqtisadiyyatda geniş mənada  1700cü illərdə araşdırma mövzusu olub. 20ci əsrin ikinci yarısından isə yenidən gündəmə gəlib.  Xoşbəxtlik insanların rifahı ilə əlaqədar olduğu üçün iqtisadçılar fərd və cəmiyyətin xoşbəxtliyini formalaşdıran səbəbləri araşdırmışlar.  Bu mövzuda danışarkən  əksəriyyətimizin ağlına gələn ilk sual budur: " Pul xoşbəxtlik gətirərmi? "    Cəmiyyət içərisində bu suala müxtəlif cür cavablar verilir: Pul xoşbəxtlik gətirər, pul varsa hər şey var ; Pul xoşbəxtlik gətirməz; Pulun xoşbəxtlik gətirib gətirməməsi  şəraitə və insanlara görə dəyişir; Pul o halda xoşbəxtlik gətirər ki, məqsədlərə çatmaqda vasitə olsun, məqsəd olmasın ;  Pul xoşbəxtlik gətirər amma doğru xərcləndiyində; Pul xoşbəxtlik gətirməz, amma pulsuz da yaşanmaz . Əlbəttə hər birimiz bilirik ki,  insanın xoşbəxtliyində pulun müəyyən qədər rolu var.  Lakin xoşbəxtliyi bir başa pulla əlaqələndirmək düzgündürmü ?  Əgər xoşbəxtlik puldan birbaşa asılıdırsa  daha çox pul b

Vaxt və pul eyni anda bitməməlidir

Resim
  Bir insanda bunların ikisi də eyni vaxtda bitirsə, faciədir. Nə səhvlərini düzəltməyə zamanın var, nədəki, o səhvləri ört-basdır etmək üçün pulun. Ətrafa fikir verin. Mövcud ədiblər, siyasətçilər, müxtəlif peşə sahiblərinin bir çoxunu müşahidə edirəm. Ümumiyyətlə deyim ki, ən gözəl hiss müşahidə qabiliyyətinin olmasıdır. Müşahidə qabiliyyəti güclü insanlar faktlar arasında parallellər aparıb öz fikirlərini ortaya çıxara bilir. Bəli, müşahidələr göstərir ki, bir çox ətrafımızda olan adamların pulu yetərli deyil, amma zamanı var. Zamanı olduğu üçün öz üzərində işləyəcək, enerjisi və zəhməti ona bütün əskiklərini qapamağa kömək edəcək. Və ya tərsinə. Zamanı çox da yoxdu, amma pulu var. Bu halda da “yaşına-başına yaraşmayan” hərəkətlər edir, özünü və ya karyerasını ən pik həddində ikən bir anda aşağı yuvarlaya bilir. Zaman daralır, içindəki “mən” narazıdır, nəsə çatmır, amma bilmir nə çatmır. Hər iki hal arzu olunan deyil. Hər şey öz zamanında gözəldir. Çalışın öz həyatınızda vaxt və pul

Dua etmək ən gözəl nemətdir

Resim
  Dua Allahın insanlara lütf etdiyi ən gözəl nemətlərdəndir. Allah qullarının Özünə yaxın olmasını istəyir. Bunun üçün də duanı xüsusi olaraq yaratmışdır və səmimi şəkildə istənilən gözəl şeylərə dua vasitəsilə qarşılıq verir. İnsanı sadəcə bir su damcısından yaradan, yer üzünü yoxdan var edən Allah üçün hər hansı bir insanın duasına cavab vermək çox asandır. İnsan bunu bilməli və inamla, səbirlə, səmimiyyətlə Allahdan istəməlidir. Çətinliyə düşdüyünüz, problemlərinizin artdığı, qəlbinizin sıxıldığı və ən əsası, özünüzü çox çarəsiz hiss etdiyiniz, heç kimdən kömək, dəstək görmədiyiniz ümidsiz  vaxtlarınızı yadınıza salın. Həmin anlar yaşadığınız vəziyyətdən xilas olmaq üçün nə edirsiniz? Yəqin ki, ilk ağlınıza gələn şey, Allaha dua etmək olur. Bu əlbəttə ki, çox təbii və gözəldir. Lakin əsl gözəl olan odur ki, hər an Allaha dua edəsən, hər şeyi, hər zaman Allahdan istəyəsən.  Bir çox insan hər zaman dua edə biləcəyini anlaya bilmir. Hər şeyi Allahdan istəyə biləcəyini, hər şeyi ona All

Kişilərin sevmədiyi suallar. QADIN

Resim
  Bu paltar məni kök göstərir? Sizin öz gözaltınız,nişanlınıza,hətta həyat yoldaşınıza verə biləcəyiniz ən dəhşətli sual!Yadda saxlayın:kişilər etiraf etməsələr də,özünə inanan qızları sevirlər.Bu sual isə inamsızlıq saçır.Bu sualı anaya,bacıya,rəfiqəyə,stilistə ünvanlamaq lazımdır. Əgər ölsəm mənə nə qədər yas saxlayarsan? Allah eləməmiş əgər o həlak olarsa,siz nə qədər tək qalarsınız?Məhəbbətdə heç nəyi öncədən planlaşdırmaq olmur.Bir də ki,qadınların heç nədən özlərini qurban kimi qələmə verməsi kişilərin heç xoşuna gəlmir. O qiza yaman baxırsan,yoxsa xoşuna gəlir? Bu sual da sizin özünüzə əmin olmadıqınızı göstərir.Bu isə heç yaxşı deyil.Axı o həmin qızla deyil,sizinlədir.Deməli,xırda qisqanclığa əsas yoxdur.Qaşınmayan yerdən qan çıxarmağa dəyməz! Məndən əvvəl neçəsi ilə görüşmüsən? Bu sizi həqiqətən çox maraqlandırır?Cavab nəyi dəyişəcək ki?Keçmişi nə dəyişmək mümkündür,nədə pozanla silmək.Odur ki kişinin xoş və ya naxoş xatirələrini oyatmağa cəhd göstərməyin.Bu günün qədrini bili