Dini mövzularda özünü aldatmağın 40 yolu
Allahla qul arasına girilməz.
Bəzi insanların ən sevdiyi ifadələrdən biri də "Allah ilə qul arasına girilməz" ifadəsidir. Bu ifadə məna etibarıyla doğrudur. Ancaq insanların bu ifadənin içərisini necə doldurduqlarını, ifadəyə hansı mənanı yüklədikləri qarşımızda başqa pəncərələr açır. Bəqərə surəsinin 256-cı ayəsində "Dində məcburiyyət yoxdur" deyilir. Şübhəsiz dində təzyiq yoxdur; Allah ilə qul arasında hər hansı bir vasitə də yoxdur. Quran, Allah ilə qul arasında hər cür vasitəni rədd etmiş və hər fürsətdə Allahın qula, qulun da Allaha olan yaxınlığını ifadə etmişdir. Ancaq bu anlayış insanların böyük əksəriyyətinin özünü aldatmaq üçün arxasına sığındığı bir hal alıb. Bu ifadə ilə nəzərdə tutulan "Mən istədiyim kimi inanar, istədiyim kimi yaşayaram" mənasına gəlir. Siz insanlara öyüd və nəsihət verərkən Allahın bu əmrini çeynəmək üçün deyil, əksinə insanalra xəbərdarlıq etmək və haqqı göstərmək əmrini yerinə yetirmiş olursunuz. Həqiqi imanlı insanın Allah ilə qul arasına girməsi dərdində olmaqdan söhbət belə gedə bilməz.
Şeytan da boş dayanmaz və ard-arda sıraladığı bəhanələrlə insana vəsvəsələr verər. "İçirsənsə, sənin problemindir, Allahla sənin arana niyə girirlər ki?" kimi aldadıcı vəsvəsələrə etibar edən insanın doğru nəsihətlərə qarşı bağlı olmasına səy göstərir. Yaxud bir aralar dəb olan bir başqa deyim qarşımıza çıxar: "Məni yalnız Allah mühakimə edə bilər". Şübhəsiz bu da doğrudur. Ancaq bunun da bəzi insanlar tərəfindən "Mən istədiyim kimi yaşayaram, azadam, kimsə məni mühakimə edə bilməz" şəklində anlayışa çevrildiyini müşahidə edərik. Şeytan belə yerdə insanı insanı keyləşdirən vəsvəsə qazını sonuna qədər açar: "Hər kəs özünə baxsın, günahkar təkcə sənsən?"
İnsan "Allah ilə qul arasına girilməz", dedikdə buna nəfsinin də daxil olduğunu bilməlidir. Çünki bir çox insan fərqində olmadan Allah ilə arasına nəfsini qoyar. Nəfsinin bitib tükənmək bilməyən istək və həvəsləri insana qalib gələr. İnsan isə Allaha qul olduğunu sanır, Quran ayələri bu məsələdə insanlara xəbərdarlıq edir:
"Nəfsinin istəyini ilahiləşdirən kimsəni gördünmü? (Furqan surəsi, 43-cü ayə).
Əslində bir çox insan fərqində olaraq, ya da olmayaraq Rəbbinə qarşı nankorluq etməkdədir. Allahın bəxş etdiyi saysız-hesabsız nemətlərə baxmayaraq, insan hər fürsətdə Rəbbinə kürəyini çevirir. Niyə yaradıldığını və nə üçün yaradıldığını unudaraq şükür etməli olduğu halda nankorluq edər və qürurlanar.
"Həqiqətən, insan Rəbbinə qarşı yaman nankordur. Özü də bunun şahididir" (Adiyat surəsi, 6-7-ci ayələr).
Yorumlar
Yorum Gönder