Bu ərəb ölkələrində kişilər qadınlardan çox təcavüzə uğrayır - Tükürpədən hekayə Bu ərəb ölkələrində kişilər qadınlardan çox təcavüzə uğrayır - Tükürpədən hekayə


Bu ərəb ölkələrində kişilər qadınlardan çox təcavüzə uğrayır - Tükürpədən hekayə

Bu ərəb ölkələrində kişilər qadınlardan çox təcavüzə uğrayır - Tükürpədən hekayə

 BBC-nin ərəb ölkələrində cinsi zorakılıqlarla bağlı apardığı araşdırma maraqlı məqamları üzə çıxarıb.


Araşdırmalara görə, burada cinsi təcavüzə məruz qalan kişilərin sayı qadınlardan çoxdur.  

Mütəxəssislər hesab edir ki, təcavüzə məruz qalan qadınlar səssiz qalmağa üstünlük verdikləri üçün belə nəticə üzə çıxıb.

İlk dəfə 13 yaşında təcavüzə məruz qalan gənc isə BBC-yə tükürpədən açıqlamalar verib. Şərti adı Sami olan bu gənc məktəbin ayaqyolunda təcavüzə məruz qalıb. Bundan sonra iyrənc olayı gerçəkləşdirən şagirdlər məktəbdən qovulsa da, səbəbi barədə onların valideynlərinə məlumat verilməyib. Məktəbin direktoru şagirdləri qovmasına baxmayaraq, bu olayın Saminin razılığı ilə baş verdiyini düşünüb. Direktor bununla bağlı zorakılığa məruz qalan şagirdə təzyiq etsə də, Sami bunu inkar edib.

Saminin 15 yaşında ikən atası vəfat edib və bundan sonra onun həyatı tamamilə dəyişib. Sami Atasının ölümündən sonra mağazada çalışmağa başlayıb. Lakin burada da mağaza sahibi ona "göz dikib”.

Günlərin birində müdiri ona təcavüz etmək istəyərkən, Sami onu vuraraq çətinliklə aradan çıxa bilib.

16 yaşında isə evinə gələn qohumu ona təcavüz edib. Bu hadisəni də ailə üzvlərindən gizlədən Sami çətinliklə də olsa, evdəkiləri Babildən Bağdada köçməyə razı sala bilib.

2008-ci ildə ailənin bütün üzvləri işləməyə başlayıb. Yalnız həmin il başına gələnləri yeni tanış olduğu dostlarına danışan Sami şoka düşüb. Onun dostlarının əksəriyyəti məhz Sami kimi cinsi zorakılığa məruz qaldıqlarını etiraf ediblər.

Hazırda 21 yaşı olan Sami beynəlxaq şirkətdə çalışır.  O, yaşadığı travmalar səbəbiylə heç bir qadınla normal münasibət qura bilməyib. Sami bunun üçün azı 10 ilə ehtiyacı olduğunu bildirib.

Qeyd edək ki, BBC araşdırma çərçivəsində Əlcəzayir, Misir, İraq, İordaniya, Küveyt, Livan, Mərakeş, Sudan, Tunis, Yəmən və Fələstindən olan 25 kişiylə görüşüb.  Bu isə sözügedən məsələ ilə bağlı aparılan ən böyük araşdırmalardan hesab olunur. Belə nəticəyə gəlinib ki, Tunis və İraqda təcavüzə uğrayan kişilərin sayı 39 faiz təşkil edir. Qadınlar üzrə bu göstərici isə 33 faizə bərabərdir.

Yorumlar

Bu blogdaki popüler yayınlar

Information about provocations of the Armenian armed forces

Oğlaq bürcü

İradə haqqında anlayış