Ölülərlə “danışmaq” mümkün olacaq - Qəribə texnologiya yaradılır
Ölülərlə “danışmaq” mümkün olacaq - Qəribə texnologiya yaradılır
"İnsanın elektron surəti” sadə məişət söhbətlərini dəstəkləmək qabiliyyətinə malikdir, amma tamamilə yeni məsələlər haqda suala cavab verə bilməyəcək, çünki proqramda məlumatların yenilənməsi nəzərdə tutulmayıb.
İsveçli proqramçılar insanlara öz mərhum qohum və tanışları ilə "ünsiyyət saxlamağa” imkan verəcək kompüter texnologiyası hazırlayır.
Konkret insanın şüurunu yenidən canlandıran və rəqəmli surətlər vasitəsilə dünyasını dəyişmiş şəxslərlə "ünsiyyət” saxlamağa imkan verən süni intellektin yaradılması ideyası bundan əvvəl "Qara güzgü” (Black Mirror) adlı elmi-fantastik serialda öz əksini tapmışdı:
"lk öncə biz müştərilərimizin dəfn mərasimlərinin təşkili haqda suallarını cavablandıran danışıq proqramı yaratdıq. Bu, bizi mərhumun səsinə oxşar səslə danışacaq "insanın elektron surəti” adlandırdığımız robotu yaratmağa sövq edib”, - deyə Stokholmda fəaliyyət göstərən "Feniks” dəfn bürosu şəbəkəsinin rəhbəri Şarlotta Runius söyləyib.
Dəfn bürosu proqramçılarla birgə ilk işlək nümunələrin yaradılması üçün 10 könüllü axtarır. Bu könüllülərin səsi onların ölümündən sonra yenidən səsləndirilmək üçün yazılacaq və proqram tərəfindən emal ediləcək.
İsveç proqramçılarının planı yalnız mərhumun danışığını imitasiya edə biləcək danışıq proqramının yaradılması ilə məhdudlaşmır. Onların növbəti addımı insanı vizual olaraq köçürəcək robot hazırlamaqdır.
Yorumlar
Yorum Gönder