"Selfi çəkmək günahdır!" - Amerikalı din xadimi
"Selfi çəkmək günahdır!" - Amerikalı din xadimi
Amerikalı pastor Qreq Medsoz selfini günah adlandırıb.
AZXEBER.COM lent.az-a istinadən xəbər verir ki, din xadiminin bu barədə bəyanatı "Omaha World Herald" qəzetində dərc edilib.
ABŞ-ın Nevada ştatını Omaha şəhərindən olan din xadimi bildirib ki, selfi günahın səbəbi və nəticəsidir. Onun sözlərinə görə, öz şəklini çəkmək və ümumi olaraq dərc edilməsi təkəbbür, eqoizm, ikiüzlülük və digər mənfi keyfiyyətlərin təzahürüdür.
Medson hesab edir ki, selfidən insanların böyük əksəriyyəti asılıdır, hətta onlar gündə 200 dəfə şəkil çəkməsələr də, belədir.
Qeyd edək ki, sosial şəbəkələrin, xüsusilə də "İnstagram"ın yayılmasından sonra selfi bir şəkil janrı olaraq bütün dünyada olduqca populyar olub. Bir neçə il əvvəl alimlər insanın öz şəklini çəkməsini ciddi xəstəlik kimi qəbul ediblər və bunu internet asılılığı kimi də tanıyıblar.
Yorumlar
Yorum Gönder