Bu vitaminin əskikliyi COVID-19-a yoluxma zamanı ölümə səbəb olur - Şok araşdırma
Bu vitaminin əskikliyi COVID-19-a yoluxma zamanı ölümə səbəb olur - Şok araşdırma
Hollandiya ve Belçikalı alimlərin araşdırmalarına görə, K vitamini koronavirusa qarşı ikiqat təsirlidir. Lakin bu vitaminin əskikliyi, COVID-19-a yoluxma zamanı hətta ölümə də səbəb ola bilər.
Teleqraf.com xəbər verir ki, bədənin bu vitamin normasını qoruması üçün yağlı pendir, süd ve kərəyağı ilə yanaşı, daha çox tərəvəz istehlak edilməsi tövsiyə edilir.
Aparılan tədqiqatlara görə, COVID-19-a yoluxma zamanıı K vitaminin əkskikliyi ağciyərdə ciddi xəstəliklərə yol açmaqla yanaşı, damarların elastikliyini də azaldır. Orqanizm zədəni aradan qaldırmaq üçün qan damarlarının divarlarında qan laxtalanması əmələ gətirir. Bu hal isə qan dövranının pozulmasına və hətta ani ölümə səbəb olur.
K vitamini qan damarlarının astarlı hüceyrələrində sintez edilən və qanın laxtalanma sistemini tənzimləyən S proteinini də aktivləşdirir. K vitamini çatışmazlığı damarların zədələnməsinə və tromboza səbəb ola bilər.
Yorumlar
Yorum Gönder