Bürclərə inanmaq lazımdır? Bürclərə inanmaq lazımdır?

 

Bürclərə inanmaq lazımdır?

Bürclərə inanmaq lazımdır?

Qurani-Kərimdə "Bürclər" surəsində Allah-Təala bürclərlə bəzənmiş səmaya and içirsə, bürclərə inanmaq lazımdır?

Bürclərə doğru münasibət bəsləmək lazımdır. Astronomik mənada bürclər səmadakı real göy cisimlərinin - ulduzların xəyali qaydada birləşdirilməsindən əmələ gəlir. Müəyyən ulduz qruplarını bəzi canlılara və əşyalara bənzədərək, onlara adlar veriblər. Bu mənada bürclər ulduz yığınından ibarətdir. Ulduzlar isə həqiqətən mövcuddur və onları inkar etmək olmaz.

Quran da bürclərə bu mənada yanaşır, onları səma obyekti olaraq təqdim edir: "And olsun bürclər sahibi olan göyə" (Büruc, 1). Bununla yanaşı, Quranda Günəşə, Aya, sübhə, gündüzə, gecəyə də and içilir, amma heç kim bunların insan taleyinə təsir etməsinə inanmır. Amma xalq içində bürclərə batil inanc mövcuddur. Guya bürclər yerdəki hadisələrə təsir edir, insanların taleyini idarə edir və s. Belə bir inancın tutarlı əsası yoxdur və dinimiz bunu qəbul etmir.

Yorumlar

Bu blogdaki popüler yayınlar

Information about provocations of the Armenian armed forces

Oğlaq bürcü

İradə haqqında anlayış