Koronavirusun yayılma səbəbi. Heyvanları Yer üzündə məhv etmək istəyirlər ki... - Şok ssenari
Heyvanları Yer üzündə məhv etmək istəyirlər ki... - Şok ssenari
Danimarkada bir şirkət 2010-cu ildə solein adlı protein istehsal edib. Günəş enerjisi ilə istehlal olunan proteinə "Solar food" adı verilib. 2021-ci ildə ictimai təqdimata çıxarmağı planlaşdırılan və istehsal olunan bu tozun 50 faizi zülal, 25 faizi karbohidrat, 10 faizi yağ,15 faizi isə digər maddələrdən ibarətdir.
Mövzu ilə bağlı Ukrayna Kulinarlar Birliyinin üzvü, Türkiyə Şef Aşcılar Dərnəyinin Azərbaycan təmsilçisi, qida texnoloqu Ağa Salamov Teleqraf.com-a açıqlama verib.
Onun sözlərinə görə, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) yaydığı məlumatda 2050-ci ildə planet əhalisinin 9 milyard 700 milyona çatacağı qeyd edilib:
“Daha çox qida istehsal etmək və bunun üçün yeni qida məhsullarının istehsalını genişləndirmək lazımdır. Qida və kənd təsərrüfatı təşkilatına (FAO) görə, heyvandarlıq sənayesi qlobal istiləşməyə səbəb olan istixana qazı tullantılarının 15 faizinə cavabdehdir. Bu rəqəm nəqliyyat vasitələrinin karbon tullantılarından daha yüksəkdir.
Danimarkanın Kopenhagen Universitetinin əməkdaşı, ixtisasca botanik olan Sonya Vermyolen bildirib ki, ərzaq sənayesi və kənd təsərrüfatı bitkilərinin yetişdirilməsi ilə əlaqədar atmosferə atılan tullantıların iqlim dəyişməsinə təsiri üzündən bitkilərin becərilməsi və emalı üsullarını əhəmiyyətli dərəcədə dəyişdirmək zərurəti yarana bilər.
Solar food təsisçiləri bir tərəfdən də atmosferi çirkləndirdiklərinə görə heyvanların zərərindən danışmağa başlayıblar. Digər tərəfdən isə alternativ qidalar (solor food) istehsal edirlər”.
Ağa Salamov bildirib ki, insan ət məhsullarını tərgitməyə meyilli deyil, ancaq müxtəlif yollarla vegeterianlığa yönləndirilirlər: “Birləşmiş Ştatlar hökumətinin məlumatına görə, 2006-cı ildən 2017-ci ilədək ət yeyənlərin sayı 6 faiz azalıb. Bu, son 10 ildə ən yüksək göstəricidir. Artıq ən çox vegetarian məhsulları supermarketlərin rəflərində yer alır və son beş ildə olduğu kimi onlayn vegetarian qida sənayesi böyüməyə davam edir.
Əslində, 2050-ci ilə qədər ABŞ-ın böyük bir hissəsi vegeterian ola biləcəyi təxmin edilir. İngiltərədə də vəziyyət oxşardır, son araşdırmalara görə, 2014–2017-ci il arasında vegeterian olanların sayı 42 faiz artıb. Normal insanı vegeterian etməyin anlamı nədir? Mən vegeterian olanlara qarşı deyiləm, onsuz da Şotlandiyada 1875-ci ildən bəri vegeterian otel insanlara xidmət edir, həmçinin anadangəlmə vegeterian olanlar da var, bu da normal haldır”.
Qida texnoloqunun sözlərinə görə, diqqəti çəkən məqamlardan biri də solar food təsisçilərinin eyni zamanda 2015-ci ildə heyvanlar arasında yayılan koronavirusa qarşı vaksinin, nano çip və nano robotun da təsisçisi olmalarıdı: “Məsələ burasındadır ki, insanların heyvan mənşəli qidalardan aldığı zülallar proqramlaşmayan, günəşdən istehsal olunan toz zülal (solar food) isə proqramlaşdırıla bilən zülaldır. Koronavirus məməlilərdə və quşlarda xəstəliyə səbəb olan virus olduğuna görə heyvanları süni yolla yoluxdurma və məhv etmə ehtimalı da yüksəkdir. Bu isə xoşagəlməz bir vəziyyət yarada bilər. Necə ki, COVID-19-la insanları evlərinə məhkum etdilər...”
Yorumlar
Yorum Gönder