Niyə istəklərimizin bir çoxuna çata bilmirik?
İnsanın meyl və həvəsləri çox şey istəyir. Bəzən istəklərimiz aqilcəsinə və məntiqli olur. Lakin bəzən belə olur ki, istəkləri insanı yalana, oğurluğa, əmanətə xəyanətə, başqasının həyatını dağıtmağa gətirib çıxarır. (Tebyan)
Bəzən insanlar müşküllərini bəyan edən zaman deyərlər: "Mən nə edim ki, axı o, ...". Halbuki, problemimiz belədir: "Mən nə edim ki, mən özüm ...". Yəni, problemi özümüzdə axtaraq. Bu zaman başa düşərik ki, başqaları üçün etdiyimiz nigarançılqlar başdan-ayağa irad və qərəz olmuşdur.
Həyatdan istəməli olduqlarımız nədir?
Bəzi istəklərimizdən daha ali istəklərə görə keçmək.
Dünyada barışmalı olduğumuz nöqtələrdən biri də budur ki, həyatda hər şey istədiyimiz kimi olmur. Yəni, işlər istədiyimiz kimi getmir. Ona görə də öz ixtiyar və iradəmizlə bəzi istəklərimizdən keçirik ki, daha ali istəklərə çata bilək. Misal üçün, başqasını xoşbəxt etmək üçün öz xoşbəxtliyimizdən keçirik. Ya istəklərimizi məhdud edib, dünyada daha rahat yaşayırıq.
Övladlarımızla da bağlı məsələlərdə onların bir çox ehtiyaclarını ödəməyə çalışırıq ki, paxıl və tərs olmasınlar. Ancaq bəzi istəklərini yerinə yetirməyə isə gücümüz çatmır. Əgər hətta onların bütün istəklərini yerinə yetirsək belə, dünya nizamı dəyişməz, olduğu kimi qalar. Əgər onların istəklərini tez bir zamanda yerinə yetirmək istəsək, daha böyük şeylər istəməyə başlayarlar. Misal üçün oyuncağı görüb onu istəyir, sonra velosiped istəyir. Ondan sonra motosikleti görüb, onu istəyir. Əgər bunların hamısını alsaq, o, bizdən dəbdə olan son model maşın istəyəcəkdir. Sabah gözü başqa bir şeyi görüb, onu istəyəcəkdir. Bunun ardı kəsilməz.
Zavallı və çarəsiz o kəslərdir ki, dünyada "yox" cavabını eşitməyiblər. Onlar başqalarını öz əsiri və istəklərinin qulu etməyə çalışırlar.
Səbirli ol.
Hər nə beyninə gəlirsə, bu, çıxış yolu deyildir. Həyəcanını yatızdırmaq üçün telefonun dəstəyini götürüb, ağılına gələnləri demək yerinə səbir et, əl saxla. Bir qədər düşün və başa düşəcəksən ki, bu əməlin sənə əks nəticəni verəcəkdir. O qədər olub ki, günahın ağır yükünü çiyninə alıb, başqalarını təqsirkar hesab etmisən. Ruhiyyən yerində deyil deyə, ailənin durumunu pozmusan. İnsanları öz meylinə görə dəyişdirməyə çalışmısan. Halbuki, keçmişə nəzər salsan, əldən verdiklərinin şahidi olarsan.
Həzrət Peyğəmbər (s) Cəbrayilə (ə) sual verir ki, səbirin təfsiri nədir? O, cavab verir: "Yəni insan ruhiyyəsi giriftar olan zaman, rahatlıq zamanında olduğu kimi sevincli və güclü olsun. Yoxsulluq zamanı zəngin olan zaman kimi, bəla və müsibətdə sağlam olan zaman kimi. Öz müsibət və narahatlığınızı insanların yanında danışmayın və şikayət etməyin".
İmam Sadiq (ə) buyurur: "O kəs ki, müsibət və müşikllər qarşısında səbir edər, qısa müddət səbir etmiş olar. Əgər taqətsizlik etsə, onun da müddəti qısa olar. Bütün işlərində səbirli ol".
Xoş əxlaqlı ol.
Əgər insan belə fikirləşirsə ki, dünyada hər şey öz yerində olmalıdır, onun əsəb və ruhiyyəsi sağlam olmaz. Deyirlər ki, müalyimlik elmin zinətidir. Hər nə qədər biliyin artsa, daha çox inanarsan ki, insanlar huş, imkan, istək və zehn baxımında fərqlidirlər. Bu zaman onlardan olan gözləntilər azalmağa başlayar.
Əgər ideal axtarmaqdan əl çəksən, o zaman həm özünün və həm də başqlarının səhvlərindən ibrət alarsan. Əmirəl-möminin (ə) möminin xüsusiyyəti haqqında buyurmuşdur: "İşi asandır, dinini hifz edən zaman ciddi, şəhvəti ölmüş (harama qarşı), qəzəbini yatızdırmış, əxlaqı sağlam, qonşusu ondan amanda, təkəbbürü zəif, ona təqdir olunmuşa qane, səbiri mətin, işi hikmətli və zikri çoxdur".
Xoş əxlaqa malik olan insanın batini də xoşdur. Eyni zamanda insanlarla yaxşı rabitə qurar. Başqalarına qaşrı hövsələlidir. Həyatda proqramı vardır və ona əməl edir. İnsanların dar düşüncəsini bildiyi üçün, hər bir mövzuya görə mübahisə etmir.
Dünyanın bütün problemlərini bir dəfəyə həll etməyə qalxmır. Belə düşünmür ki, bütün insanlar ali və düzgün fikirləşməli və əməl etməlidir. O kəs ki, bütün işlərini Allaha tapşırar, aqil insandır. Ona görə də xoş əxlaq qəmi az edər.
Yorumlar
Yorum Gönder