Dünyanı gözləyən təhlükəli virus Dünyanı gözləyən təhlükəli virus

 

Dünyanı gözləyən təhlükəli virus

Dünyanı gözləyən təhlükəli virus

Milli.Az Descopera-ya istinadən bildirir ki, "Pandoravirus salinus" virusu Çili sahillərində, "Pandoravirus dulcis" isə Avstraliyanın Melburn şəhərinin yaxınlığındakı bir gölün sahilində tapılıb. 

"Pandora virus"ları adlanan bu ölümcül bəlaların hər biri 2500 genə malikdir. Halbuki "donuz qripi" və ya HİV/QİÇS viruslarının hər birində 10 gen var. 

Alimlərin dediklərinə görə, yeni aşkarlanmış nəhəng viruslar başqa viruslarla müqayisədə də çox fərqlidir. Belə ki, "Pandora" viruslarının tərkibində proteinlərin 93 %-i başqa virusların genomunda yoxdur. Science jurnalında dərc olunmuş hesabatda bildirilir ki, viruslar hələlik təhlükəli sayılmasa da, onlar araşdırılmadığından ölümcül təhlükə kəsb etmədiklərini söyləmək çox çətindir. 

İndiyədək kəşf edilmiş ən böyük viruslar 1992-ci ildə Britaniyada aşkarlanmış "Mimivirus" və 2011-ci ildə Çilinin Las Kruz sahillərində tapılmış "Meqavirus" sayılırdı.

Son "rekordçu" olan "Megavirus chilensis" virusunda 1120 gen vardı.

Fransadakı Ek Marsel Universitetinin alimlərinin hesabatında daha sonra vurğulanır ki, unikal genoma malik yeni virusların eni 1 mikrondur.

Halbuki indiyədək elmə məlum olan ən təhlükəli, ölümcül virusların eni 10-100 nanometr, yəni "Pandora" viruslarından 10-100 dəfə kiçikdir.

Mikrobioloqlar Jan-Mişel Klaveri və Şantal Aberjalın dediklərinə görə, yeni virusların genomlarındakı genlərin 93 faizinə başqa viruslarda əsla təsadüf olunmur.

"Hesab edirəm ki, bu viruslar çox qədim, hazırda mövcud olmayan qədim hüceyrə tipinin varisləridir. Bu həyat forması Yerə başqa planetdən, məsələn, Marsdan da düşə bilərdi.

Araşdırmalarımızın indiki mərhələsində bu versiyanı da istisna edə bilmərik", - Jan-Mişel Klaveri National Public Radio-ya verdiyi açıqlamasında deyib.

Yorumlar

Bu blogdaki popüler yayınlar

Information about provocations of the Armenian armed forces

Oğlaq bürcü

İradə haqqında anlayış