Dünyanın ən xeyirli içkisi haqqında bilmədiyiniz hər şey - ARAŞDIRMA Dünyanın ən xeyirli içkisi haqqında bilmədiyiniz hər şey - ARAŞDIRMA

 

Dünyanın ən xeyirli içkisi haqqında bilmədiyiniz hər şey - ARAŞDIRMA

Dünyanın ən xeyirli içkisi haqqında bilmədiyiniz hər şey - ARAŞDIRMA


Süd içməyin faydaları

Süd dünyanın ən sağlam içki növləri siyahısında illərdir birinci yeri qoruyub saxlayır. İnsan övladı nə az, nə çox məhz 5000 ildir süddən istifadə edir. Bu içkinin tərkibi bol kalsium, fosfor, sink, A, B, D, E və K vitaminlərindən ibarətdir ki, bu da sümüklərdə, dişlərdə, dırnaqlarda möhkəmlik yaratmaqla yanaşı, həm də qocalmanı ləngidir. Bu içkidən hər gün daimi olaraq istifadə edən insanlarda qan damarları və əzələlər normal tənzimlənir.

Bəzən südü uşaq qidası kimi qəbul edirlər. Amma südün istifadəsi hər yaşdan olan insanlar üçün mütləqdir. İnsan bədəninin ən böyük ehtiyacı məhz kalsiumadır. Bədəndə kalsium çatışmazlığı olduqda bütün əskikliklər meydana gəlir. Belə ki, diş tökülmələri, sümük əyrilikləri, sümük sınıqları, dırnaq qırıqları məhz kalsiumun miqdarının az olmasından meydana gələn problemlərdəndir. Vücudumuzda olan kalsiumun 99 %-i sümüklər və dişlərimizdədir. Kalsium təkcə sümük və dişlər üçün deyil, həm də əzələ güclənməsinə kömək edən vasitələrdəndir. Xüsusən də idmanla məşğul olan, gözəl bədən sahibi olmaq istəyən bəylər və xanımlar gün ərzində minumum 1 stəkan süd içməlidirlər.

Süd həm də çəkiyə nəzarət üçün ən yaxşı vasitə hesab edilir. Dietoloqlar südü gündəlik qida rasionumuza əlavə etməyin çox faydalı olduğunu bildirir. O həm də artıq çəkidən azad olmaq üçün çox gözəl vasitədir. Belə ki, səhər və axşam yeməyini süd ilə başlamaq məsləhət görülür. Süd yeganə içkidir ki, ondan istifadə üçün limit yoxdur. Nə qədər çox içilərsə, insan orqanizmi bir o qədər də fayda görmüş olar.

Süd bədənin günlük ehtiyaclarını ödəyən yeganə vasitədir. Mütəxəssislər bildirirlər ki, qəhvə və çaydan istifadəni südlə əvəzləmək insanda rahatlıq hissi yaradır. Xüsusən də idmandan sonra içilən bir stəkan süd mükəmməl əzələlərə sahib olmağa kömək edir.

Südün faydaları saymaqla bitmir. Belə ki, süd mədə, bağırsaq sistemini tarazlamaqla yanaşı, yaraların tez sağalmasına, beynin inkişafına, hüceyrələrin sağlam inkişafına kömək edir. Süd həm də xərçəng xəstəliyinin ən böyük düşmənidir. Xüsusən də bağırsaq xərçənginin müalicəsi məhz süddür. Kaliforniya Universitetinin professoru SedrikQarlandın 20 illik araşdırmasında bildirilir ki, süddən daimi istifadə edən insanlar daha sağlam bağırsaqlara sahibdirlər. Professor bağırsaq xərçənginin qarşısını almaq üçün gündə 2-3 stəkan südün qəbulunu mütləq hesab edir.

İnək südü xeyirli olmaqla yanaşı, keçi südünün faydaları daha böyükdür. Belə ki, keçi südü proteinlə daha çox zəngindir. Mütəxəssislər keçi südünün ana südünə ən yaxın süd hesab edir. 100 qram ana südündə kalsiumun miqdarı 32, inək südündə 119, keçi südündə isə 134 miliqramdır. Keçi südündəki bakteriyalar, yağ miqdarı digər süd növləri ilə müqayisədə daha azdır. Yeni doğulan körpələr ana südündən istifadə edə bilmədiyi halda heç bir narahatlıq hissi keçirtmədən onu keçi südü ilə əvəz edə bilərlər. Keçi südündən hazırlanmış qidalar Avropada sağlam qidaların satışını həyata keçirilən məntəqələrəd “ən sağlam qida” etiketi altında , yüksək qiymətlərlə satıcılara təqdim edilir.


Yorumlar

Bu blogdaki popüler yayınlar

Information about provocations of the Armenian armed forces

Oğlaq bürcü

İradə haqqında anlayış