Evli olan kişilərin başqa qadınla cinsi münasibətdə olması günahdırmı? – İlahiyyatçı cavablandırır Evli olan kişilərin başqa qadınla cinsi münasibətdə olması günahdırmı? – İlahiyyatçı cavablandırır

 

Evli olan kişilərin başqa qadınla cinsi münasibətdə olması günahdırmı? – İlahiyyatçı cavablandırır

Evli olan kişilərin başqa qadınla cinsi münasibətdə olması günahdırmı? –  İlahiyyatçı cavablandırır


Bu gün insanları düşündürən əsas suallardan biri də “Azərbaycanda ailənin qurulması üçün kəbin yoxsa nikah daha vacibdir?”, “Heç bir nigah olmadan bir kişi və qadının bir yerdə yaşamasına İslamda münasibət necədir?”, “Evli olan kişilərin başqa qadınla münasibətdə olması günahdırmı?” suallarıdır.

Bu suallarla bağlı AZXEBER.COM-a danışan ilahiyyatçı Elşad Miri ilk növbədə kəbini olmayan amma rəsmi nigahı olan cütlüklərlə bağlı sualı cavablandırıb:

“Əgər hər iki tərəfin ailəsinin razılığı varsa, mülkiyyət haqqı tapdalanmırsa və ortada hər iki tərəfin razılığı varsa bu zaman İslam rəsmi nigahın əleyhinə olmur.

Ümumiyyətlə, dini istilahda kəbin belə ifadə edilir: "Evlənmələri qadağan olmayan bir oğlanla bir qızın arasında bağlanan, müştərək həyat və nəsli davam etdirmək üçün bir əlaqə meydana gətirən müqavilədir". Kəbində hər iki cinsin bir-birinin imkanlarından istifadəetmə və birinin digəri üzərində haqqı, bir-biri qarşısında məsuliyyəti mənası da var.

Kəbindən sonra qadın özünə aid haqqlara sahib olur və malik olduğu malı istədiyi kimi istifadə edəbilmə səlahiyyətini özündə saxlayır. İslamaqədərki bütpərəstlik qaydalarından fərqli olaraq İslam hüququnun gətirdiyi prinsiplər çərçivəsində qadının hüquqları xeyli genişdir.

Uca Allah Qurani-Kərimdə insanların evlənməsini istəyir. Evlənməyə gücü çatmayanların evləndirilməsini isə cəmiyyətin borcu olduğunu söyləyir və onların ruzisini Özünün verəcəyini bildirir: "Aranızdakı subay kişiləri, qul və kənizlərinizdən əməlisaleh olanları evləndirin. Əgər onlar yoxsuldurlarsa, Allah onları Öz lütfündən varlandırar. Axı Allah genişürəklidir, biləndir" ("Nur" surəsi, 24/32).

İslam hüququna görə, kəbin kəsdirmək, evlənmək həm də ibadətdir. Çünki kəbinin şərtlərini İslam bildirir. Kəbin kəsdirib evlənənlərin də mükafatlandırılacaqları müjdələnir. İbnul-Humam (ö. 861/1457) belə deyir: "Kəbin kəsdirmək ibadətlərə daha yaxındır. Hətta evlənmək, ancaq ibadət niyyəti ilə subay qalmaqdan daha yaxşıdır" (İbnul-Humam, "Fəthul-Qadir", Bulaq-1315, II, 340). Bu islam dininin rahibliyə münasibətini də dəqiq ifadə edir”.

İlahiyyatçı dövlət nigahı olmadan, dini nigahı olmadan qadın və kişinin ər-arvad kimi bir yerdə yaşamasının İslamda zina kimi qiymətləndirildiyini söyləyib:

“Bu İslamda zinaya girir. Qurani-Kərimdə hətta zinanın böyük günah olması ilə bağlı konkret ayələr var. Kəbinsiz, rəsmi nigahın olmadan kişi və qadının bir yerdə yaşaması İslamda cinayət hesab edilir”.

Elşad Mirinin sözlərinə görə, İslam evli olan kişilərin başqa bir qadınla münasibətdə olmasının da əleyhinədir:

“Kim zəmanət verir ki, bu kişinin hər iki qadından olan övladları gələcəkdə ailə həyatı qurmayacaqlar. Təbii ki, bu hallar nigahın kəskin şəkildə pozulmasına səbəb olur. Bu da İslamda zina sayılır”.

Yorumlar

Bu blogdaki popüler yayınlar

Information about provocations of the Armenian armed forces

Oğlaq bürcü

İradə haqqında anlayış