Fahişədən gözlənilməz hərəkət - MÜTLƏQ OXUYUN Fahişədən gözlənilməz hərəkət - MÜTLƏQ OXUYUN
Fahişədən gözlənilməz hərəkət - MÜTLƏQ OXUYUN
Əzizim əziz, tərbiyəsi ondan əzizAtalar sözü
Əlində içki şüşəsi tutmuş qadın otaqda var-gəl edə-edə öz-özünə düşünürdü. Onun içkidən azacıq dumanlanmış başı da artıq düşünməyə belə qadir deyildi. Sanki kimdənsə kömək ummuş kimi otaqdakı bədənnüma güzgünün qarşısına keçərək içkidən şişmiş gözlərinə baxdı. Baxdı,baxdı... və ona elə gəldi ki, güzgüdən ona kimsə baxır. Bu kimsə özü idi. Özü –özünü tanımadı. Qarşısındakı güzgüdən ona yaşından çox tez qocalmış, saçları vaxtından əvvəl ağarmış, sir- sifəti qadın cizgilərindən məhrum olmuşbirisi baxırdı. Yenə də diqqətlə baxdı, bilmədi ki, onu olduğu kimi göstərən güzgünümü sındırsın,yoxsa olduğu kimi göstərib, onu ayıltmağa çalışan bu cansız əşyaya təşəkkür etsin. Güzgüdəki “özü” ilə dərdləşməyə başladı... Dumanlı xatirələr onu çox uzaqlara apardı. Əyalətdən paytaxta gəlib şəhərin mərkəzində imkanları olmadığı bir halda kirayə qalmaları, yaşamaq , həm də təhsilini davam etdirmək üçün çıxdığı oyunlar,işlər,hadisələr qarışıq da olsa yadına düşməyə başladı. Uşaqlıqdan rəssam olmaq, arzusu idi. Bir balaca cızma-qara da edə bilirdi.Buna görə də özünü böyük rəssam hesab edir, “rəssamlıq,rənglər mənim həyatımdır “deyib,lovğalanmağı da xoşlayırdı. Sevdiyi ağ rənglə də fəxr edərdi. Amma həyatda ağ rənglə deyil,qara rənglərlə yol getməyə başladı. Bunun da səbəbi olmamış deyildi. “ Ot kökü üstə bitər “ deyiblər. Gözünü açıb,dünyaya baxanda yan-yörəsini,yaxınlarını bu halətdə görmüş birisi tək hələ yeniyetmə yaşlarından qaranlığın dadını da çıxarmağa macal tapa bilmişdi. “ Usta “dərslərini görən və keçən “gənc rəssam”ın bu yaşda heç kimdə olmayan bir “istedadı “ da vardı : “filosof “luq ! Bəzi kitablardan seçib öyrəndiyi ,əzbərlədiyi fəlsəfi fikirləri,cümlələri işə salıb, özünü bu filosoflardan da üstün sayan “köməksiz,yazıq” qızcığaz ona genlərindən keçən məharətlərə də yiyələnməyə vaxt tapa bilmişdi. Özünü dini bilən, dini sevən birisi kimi göstərib, bit-birə tək yapışdığı evli adamların gözündə onların arvadlarını şeytana bənzədib, gözəl-göyçək, qarasaçlı ,sağlam arvadlarını qocaya, ağsaçlıya, xəstəyə çevirmək də onun bir məharəti idi. 16-17 yaşlarında artıq yetmiş-səksən yaşındakıların bildiyi qədər bilən (bəlkə, onlardan da lap çox ) fərasətli varlıq, həm də mahir dil ustası idi. Gələcək həyatını qurmaqda rəssamlıq deyil,məhz şirin dili,qılıqlı olması onun işinə daha çox yarımağa başladı. Öz həyatını qurmaq, ehtiyaclarını ödəməkdən ötrü başqalarının həyatını pozmağa, başqlarına “qabırğa” olmağı öyrətdilər ona. O, isə məsuliyyətli şagird tək, öyrədilənləri öyrənir,öyrədənlərin etimadını doğrulda bilirdi. Gözəl olmasa da, babət boyu ilə kişilərin nəzər-diqqətini cəlb etməyə çalışır,xırda,uzunsov gözlərini eynəklə maskalaya bilirdi. Erməniprofilli burnu isə ona xüsusi yaraşıq verirdi. Onun bu “gözəlliklər”i sevgililərinin cib telefonlarının bəzəyinə çevrilmişdi. “Zürafə “ boyunu ekranda yerləşdirib nümayiş etdirməkdən ötrü o, adətən, ayağının birini o birinin üstə qoyub ,əllərini də qoynunda çarpazlaşdırardı. Saçlarını da dəbdə olduğu kimi qabaqdan yuxarı aparıb,yanlardan açıq qoyardı vənaz-qəmzə ilə onun şəklini çəkən “nişanlılar”ına baxıb gülümsəyərdi. Ailəsini də, vaxtını da, qazancını da qurban verən həmin “nişanlılar” gecələr öz evlərində yatdıqları zaman xəlvətcə səhərə qədər bu “gözəlçə”nin əksinə baxıb feyziyab olardılar. Şəhərə gələndən telefon onun həyatına möhkəmcə daxil olmuşdu. Cavanlara deyil, artıq evi-eşiyi , vəzifəsi, pulu olan “şikarlar”a önəm verdiyindən telefonlardan da faydalanmağı öyrənə bilmişdi. Ona bahalı telefonlar, nömrələr bağışlayan ağlını itirmiş yaşlı kişilərə ,fərqi yoxdur, gecə ya gündüz , keyfi istədiyi vaxt ya zəng edər, ya da uzun- uzadı mesajlar göndərər, sevgisinin nə qədər güclü olduğunu isbat etməyə çalışardı. “Ovu”nu əlində saxlamaqdan ötrü dil-dil ötər, sevgi sözləri yazardı. Atası yaşdakılara “əzizim” deyə-deyə hörümçək tək torunu toxuyardı. Əziyyət ilə pul qazanan tək-tük qızlardan ( belələrinə lağ da edirdi) fərqli olaraq çoxlarının getdiyi yol ilə o da addımlamağa başladı. Hətta, “müvəffəqiyyət “ qazanıb, özü demiş, “ sponsor” larının köməyi ilə ehtiyaclarını da, mənzil, təhsil və digər problemlərini də həll edə bildi,daha doğrusu , etdirə bildirirdi.Qadın hələ də garşısındakı güzgüyə baxır,olub-keçənləri xatırlamağa çalışırdı... Birdən diksindi. Qarşısında atası,babası yaşında olan kişilər canlandı. Bir idimi,iki idimi... Gözləri dumanlandığından,başı ağrıdığından artıq sayı da itirdi. Əlindəki şüşəni kənara qoyub gözlərini əməlli başlı ovxaladı və yenidən güzgüyə baxmaqda davam etdi. Bu dəfə ona baxanların sayı çoxalmışdı. Bayaqkı kişilərin yerində yüzlərlə qız-gəlin,oğul-uşaq ona qəzəblə baxırdı. Bunlar, onun, ərlərini əllərindən aldığı qız-gəlinlər,atalarını əllərindən aldığı övladlar idi. Bu “gözəlçə”nin fitnəsinə, yalan dillərinə aldanan, ailələrindən onun hökmü ilə üz döndərən, qızları yaşındakı birisi ilə oturub-duran, mənliklərini itirən “qeyrətli” kişilər artıq nə güzgüdə, nə də həyatda yox idilər. Vaxtı ilə onların hər biri ilə ayrı-ayrılıqda araq məclislərində “sevgisiz yaşamaqdansa,sevgi ilə ölmək daha yaxşıdır” deyən filisof-rəssam onların özünü də,ailə sevgilərini də çoxdan qəbrə qoyub basdırmışdı. Hətta bəzilərinin adı da yadından çıxmışdı.Qadın bir qədər də irəli keçib güzgüyə lap yaxınlaşdı. Bütün ömrü boyu qrimsiz rollar oynayan sifətinə bir də diqqətlə baxdı. Haçansa özünün də ölüb gedəcəyi hissi onu bərk qorxutdu. Bu qorxudan da betəri tək olması,tək qalması idi. Hərəsi bir kişidən doğulan iki qızından heç biri onun yanında deyildi. Vaxtı ilə ona öyrədilənləri qızlarına öyrədib, “kişi ovu” na göndərmişdi.Amansız bir kədər,bir iztirab,narahatlıq və qorxu bürüdü onu. İçkidən ayıldığını başa düşdü. Durduğu yerdən uzaqlaşıb,bayaq yerə qoyduğu şüşəni götürdü...Haçansa rəssam olmaq istəyirdi və ağ rəngi sevirdi. Amma nədən qara rəngi seçib,qara yolla getdiyini və bunun cavabını bir gün Allahın dərgahında verəcəyini ancaq indi başa düşdü..
Yorumlar
Yorum Gönder