Kişilər daha yaxından tanımaq istəyən qadınlar oxusun Kişilər daha yaxından tanımaq istəyən qadınlar oxusun
Kişilər daha yaxından tanımaq istəyən qadınlar oxusun
Münasibətdə kişinin etməyəcəyi 11 şərt
1. “Yox” sözünü eşitdikdə dərhal geri çəkilmək. Çox tez-tez ilk imtinadan kişilərin geri çəkildiyini eşidirik və bu sözlərdə az da olsa həqiqət var. Mənə görə, əgər seçdiyin qız həqiqətən ürəyincədirsə sona kimi mübarizə aparmalısan. “Layiqli qızın ürəyinə sahiblənmək elə də asan deyil” misalı da yersiz deyilməyib. Qəlb məsələsində qürür xanımın bəzəyidirsə, kişilər haqqında əksini söyləmək olar.
2. Boşboğazlıq etmək. Kişi verdiyi sözün arxasında dayanmalıdır. Söz ağızdan çıxmamışdan öncə ətraflı düşünmək, götür-qoy etmək lazımdır. “sözlər mənasızdır, insan hərəkətinə görə qiymətləndirilir” deyimi əsl kişi üçün keçərli sayılmamalıdır. Kişi dediyi sözün ağası olmaya bilərmi?
3. Boş ümidlər. Təəssüf ki, zamanımızda gələcəyi olmayan cütlüklərə tez-tez rast gəlirik. Kişilər münasibəti rəsmiliyə aparacağını bacarmadığını bilərək uzun müddər əks cinsin nümayəndəsi ilə görüşür. Nəticə isə hər iki tərəf üçün ürəkaçan olmur. Bu nəyə gərəkdir?
4. Nə istədiyini bilməmək. “Nə əldən qoyur, nə yardan doyur” atalar misalı bu cür insanlara daha uyğundu. Bu cür insanlar, səni yanında saxlamır, eyni zamanda başqa münasibətə başlamağln üçün səni azad da buraxmır. Səmim etiraf edim ki,bu cür hərəkət edən kişiləri anlamıram. Lakin əminliklə deyə bilərəm ki, bu düzgün deyil. Ən azından bir xanıma qarşı.
5. Diqqətsizlik. Cox kişilər münasibətdə olduğu xanımın əsəbiliyindən şikayət edir. əsas səbəb isə kişilərin diqqətsizliyidir. Qadın laqeydlik gördükdə xoşbəxt ola bilməz və bu tamamilə normal münasibətdir. Diqqət azaldıqca, əsəb və dramların sayı da artır.
6. Xəsis olmaq. Əlbəttə ki, hər gün sevdiyin xanıma gül buketi və zinət əşyası hədiyyə etmək hər kişiyə əl vermir. Lakin imkan daxilində sevdiyin qadını xoşbəxt etmək yəqin ki, mümkündür. Kişilər, xanımlara sizin yanınızda pul çıxarmağa imkan verməyin. Restoran, taksi və.s. yerlərdə yalnız kişi ödəməlidir.
7. Sevdiyin xanım ola-ola başqaları ilə ünsiyyətdə olmaq. Təəssüf ki, bu xüsusiyyəti bir çox kişilər normal hesab edir. Sənin üçün heç bir əhəmiyyət kəsb etməyən insana nəyə görə bu qədər zaman sərf edəsən? Həmin zamanı sevdiyin qadına ayırmaqla hər ikiniz xoşbəxt ola bilərsiniz.
8. Sevdiyin xanıma hörmət etməmək! Tez-tez rastlaşdığımız hadisələrdən biri də kişinin sevdiyi xanıma qışqırması, alçaltması, əl qaldırmasıdır. Bütün bunlar hörmətsizlik əlamətidir. Bir anlıq təsəvvür edin ki, kimsə sizin qızınızla bu cür rəftar edə bilər. Məncə, bu heç kimin xoşuna gəlməz. Hər şey bir yana, sevdiyin insana hörmətsizlik yolverilməzdir.
9. Boş şeylərə görə incimək. Belə tip kişilər var ki, hər xirdalığa görə inciyirlər. Hətta münasibəti kəsə də bilirlər. İllər sonra isə şikayətlər başlanır: qarışqadan fil düzəltdim o da xoşbəxtliyimə əngəl oldu. Bəziləri isə günahı hər zaman başqalarında görür.
10. Xarici görünüşə görə qiymət vermək. Təbii ki, kişilər gözləri ilə sevir, lakin qadının təkcə xarici görünüşünə görə sevmək axmaqlıq olar yəqin. İllərlə gözəllik də keçir. Ümumiyyətlə istənilən xarici görünüşə öyrəşirsən. Yaş ötdükcə insan müdrikləşir və anlayırsan ki, xarici gözəlliyin yanında daxili aləm daha vacibdir. Təəssüf ki, bəzi kişilər “parlayan gözəllik” görən kimi sevgili həyat yoldaşından da imtina edirlər. Səbəb isə uşaq dünyaya gətirdikdən sonra qadının bir az çəki alması, baxımsızlığı və ya digər xırdalıqlardır. Əsl kişi üçün bu yolverilməzdir.
11. Yalan danışmaq. Zənnimcə, əlavə şərhə ehtiyac yoxdu. Sevdiyin insanı aldatmaq mənəvi baxımdan ədalətli deyil. Ən azından özünüzə qarşı da düzgün olmağı tələb edirsiniz.
Yorumlar
Yorum Gönder