Onu qulağınız və gözünüzlə sevin - VIDEO Onu qulağınız və gözünüzlə sevin - VIDEO



Onu qulağınız və gözünüzlə sevin - VIDEO

Onu qulağınız və gözünüzlə sevin -  VIDEO

 “İngiliscə başa düşürəm, amma danışa bilmirəm”. “Əslində orta məktəbdən yaxşı təməlim var, qrammatikanı əla bilirdim, amma…” Ölkəmizdə bu cümlələri quran insanların sayı yetərincədir. Bəlkə də, elə siz də onlardan birisiniz. Bəs nə üçün insanlar orta məktəbdə illərlə ingilis dili keçib, sonra da danışa bilmirlər. “Müəllimlər savadsızdır”, “şagirdlər qavramır” deyib məsələni bağlamaq olar. Amma bu düzgün yanaşma deyil, problemin kökünü tapmaq lazımdır.

Psixoloqların sözlərinə görə,xarici dil öyrənmək üçün ən ideal yaş 3-7 yaş arasıdır. Amma bu o demək deyil ki, sonrakı yaşlarda dil öyrənmək mümkün deyil. Sadəcə düzgün öyrənmə üsulunu tapmaq lazımdır.
Hazırda uşaqlara ingilis dilini öyrənməsi bağçadan başlanır, orta məktəbdə isə 11 il tədris olunur. Əslində bu ilk baxışdan normaldı. Amma gəlin görək məktəblərdə keçirilən ingilis dilinin səviyyəsi necədir və uşaqlar bu dili mənimsəyə bilirlərmi?
Reallıq onu göstərir ki, orta məktəbi bitirən şagirdlər maksimum “elementary” səviyyəsində olurlar. Əlbəttə, bu dili yalnız məktəb proqramlarını öyrənən şagirdlərə aiddir. Əslində isə bu “İntermediate” səviyyəsində olmalıdır. Nəticələrin belə olmamasının səbəbləri bəllidir. Bizdə ingilis dili dərsləri bağçalarda sayların, ya da şeirlərin öyrədilməsi, məktəblərdə isə əsasən qrammatika üzərində qurulur. Son illər dərsliklərlə edilən dəyişikliklər də dilin öyrədilməsinə xidmət etmir. Çünki danışığa daha çox üstünlük verildiyi bildirilən kitablar əvvəlkilərdən fərqlənmir. Kitablar yenilənsə də, dil hələ də köhnə üsulla öyrədilir. İngilis dili dərsləri hər dərs 3-4 sözün və mətnin əzbərlənməsi ilə bitir. Şagirdin əsas qayəsi tapşırılanları əzbərləməkdir, dili öyrənmək yox.
Lakin praktikanın az olması şagirdlərin dili mənimsəməkdə bir sıra problemlərin ortaya çıxmasına səbəb olur. Orta məktəblərdə dinləmə (Listening) demək olar ki, yox səviyyəsindədir. Bundan başqa oxuma (Reading), danışma (Speaking) bacarıqları zəif olduğundan şagirdlərin dili hərtərəfli öyrənmələrinə mane törədir.
Ekspertlərin fikrincə, dili ən yaxşı vizual, audio və audio-vizual vasitələlərlə öyrənmək olar. İnsan qulağı ilə sevdiyi kimi dili də eşidərək öyrənir. Xarici dildə cild-cild kitab oxuyub, sözlərin mənasını başa düşsəniz də, həmin dildə danışa bilməyəcəksiz. Ən yaxşı üsul isə öyrəndiyiniz dildə filmlərə baxmaq, görüntülərlə, səsləndirmələrdə, oyunlarla öyrənməkdir. Xarici dil öyrənmək üçün bu dildə mahnılara qulaq asmaq, filmə baxmaq, oyunlar oynamaq lazımdır. Bu üsullarla qısa zamanda istədiyiniz dili öyrənə bilərsiz. Həm göz, həm də qulaq yaddaşı ilə öyrəndikləriniz uzun müddət yaddaşda qalır.
Belə effektiv üsullardan biri də “Danışan Kitablar” ideyası çərçivəsində “Ağıllı qələm” dir. “Ağıllı Qələm” nədir? “Ağıllı Qələm” yapon alimlərinin son texnoloji nailiyyətlərinin (informasiyanın kağızdan oxunması) imkanları əsasında mütəxəssislərin rəhbərliyi altında hazırlanmış ingilis dilini praktik metodlarla öyrədən tədris vəsaitidir, başqa sözlə, fərdi ingilis dili müəllimidir.
ətraflı

Yorumlar

Bu blogdaki popüler yayınlar

Information about provocations of the Armenian armed forces

Oğlaq bürcü

İradə haqqında anlayış