Payız depressiyasından necə qurtulmalı? Payız depressiyasından necə qurtulmalı?
Payız depressiyasından necə qurtulmalı?
şüalarının daha az olduğu payız, qış ayları insanlar arasında depressiv duyğuların artmasına səbəb olur Hər kəsə məlumdur ki, yay fəsli insanların gündəlik təkrarlanan işlərinin azaldığı, təbiətin təzələndiyi , uzun iş rejimindən sıxılan insanların tətilə çıxdığı fəsildir. Bu fəsildə yaşanan bütün bu canlanmaya qarşı payız və qış aylarında tam tərsinə bir dövr yaşanır. Gündüzlər qısalır, havalar dəyişməyə başlayır, günəş üzünü daha az göstərir və hətta təbiətin rəngi belə dəyişir. Xəzəl fəsli olaraq da bilinən bu fəsil stressə meyli olan insanlarda depressiyanın ortaya çıxmasına səbəb ola bilir. Depressiv hiss vəziyyəti, qayğı və narahatlıq ümumiyyətlə qadınlarda daha tez görüldüyündən, payız depressiyası da kişilərə nisbətən qadınlara daha çox təsir edir. Ümumiyyətlə, depressiya nədir və ondan qurtulmaq üçün nə etmək lazımdır? Depressiya nədir? Psixoloq Hüseyn Xəlilov qəzetimizə açıqlamasında depressiyanın yaranma səbəbləri və bu xəstəliklə mübarizə yolları haqqında məlumat verdi. Psixoloqun sözlərinə görə, fəsil dəyişkənliyi ilə bağlı yaranan depressiyalar insanların fəsilə adaptasiya olmamamaları nəticəsində baş verir: “Depressiya insanın psixoloji əhval-ruhiyyəsini, ruh halını pozan, beyində gedən biokimyəvi maddələrin parçalanması, qanda serotonin və defomin maddəsinin zəifləməsi nəticəsində yaranan psixoloji bir haldır. Sinir sistemi, iradi keyfiyyətləri zəif olan orqanizmdə hər zaman depressiya yarana bilir. Hər hansı bir hadisə, stress, gərginlik, ailədə, yaxud da işindəki hadisələr onu depressiyaya apara bilir. Depressiya insanın psixoloji vəziyyətini dəyişir, onun həm orqanizminə həm də ruhi aləminə mənfi təsir göstərir. İnsan müəyyən hadisələrdən sonra içinə qapanır, bunalım keçirir və bir müddətdən sonra bu, depressiyaya səbəb olur. Bu hal payız fəslinə nisbətən qış fəslində daha çox özünü göstərir. Havanın tez-tez dəyişməsi bəzi insanlar iş fəaliyyətinə mənfi təsir göstərir. Depressiya daha çox yeniyetmə və gənclərdə baş verir. Çünki onlar yay müddətində daha çox əylənirlər və fəsilə adaptasiya ola bilmirlər”. Depressiya və erkən ölüm H.Xəlilov bildirdi ki, insanlar arasında depressiya hər keçən gün artır və araşdırmalara görə, erkən ölüm səbəbləri arasında dördüncü sırada iştirak edir: “Depressiyanın cəmiyyətdə görülmə sıxlığı kişilərdə 10%, qadınlarda 20% -dir. Qadınlar hər məsələyə daha həssas, daha emosiyalı, duyğusal zəkadan yanaşdıqlarına görə kişilərlə müqayisədə daha tez və daha çox depressiyaya düşürlər. Gəlib keçici və müalicə edilə bilər bir narahatlıq olmasına baxmayaraq bu narahatlığı yaşayanların təxminən üçdə ikisinin probleminin fərqində olmadığı kədərli bir gerçəkdir”. Depressiyadan necə qurtulmalı Depressiyadan qurtulma yolları haqqında məlumat verən psixoloq bildirdi ki, depressiyada olan insanı xarici görünüşündən də müəyyən etmək olur: “İnsanın deyib gülərkən müəyyən aktiv həyatla məşğul olarkən birdən-birə psixoloji vəziyyəti dəyişə bilir və özünə qapanır, əhval-ruhiyyəsi pozulmağa doğru gedir. Bundan əlavə depressiyada olan insanın qaşları üçbucaq şəkil alır və hər zaman çatılmış vəziyyətdə olur. Bu zaman ətrafdakılar ona kömək etməli, dəstək olmalıdır. Onu inandırmalıdır ki, hər şey yaxşı olacaq və sən bunun təsiri altında qalmamalısan. Əgər depressiya dərinləşibsə, bu zaman mütləq psixoloqa müraciət etmək lazımdır. Depressiyadan qurtulmaq üçün ən yaxşı hal idmanla məşğul olmaqdır. Çünki bu, insanın əhval-ruhiyyəsinə müsbət təsir göstərir. İnsan mənəvi cəhətdən həmişə özündə müsbət əhval-ruhiyyə yaradarsa, əlbəttə ki, o depressiv hadisələrdən uzaq düşə bilər. İnsan özü-özünə müsbət motivasiya verməlidir. Depressiyaya girməmək üçün enerjimizi artırmaq çox əhəmiyyətlidir. Bunu nizamlı məşq edərək , sağlam bəslənərək , nizamlı yataraq , yaxın ətrafınıza və dostlarınıza vaxt ayıraraq , iş yerində qısa fasilələr verərək , kef alınan fəaliyyətləri planlayaraq təmin edə bilərsiniz”. Su səsinin əhəmiyyəti
Yorumlar
Yorum Gönder