Türkiyənin sabiq prezidentinin ölümü ilə bağlı şok faktlar Türkiyənin sabiq prezidentinin ölümü ilə bağlı şok faktlar
Türkiyənin sabiq prezidentinin ölümü ilə bağlı şok faktlar
Türkiyənin səkkizinci prezidenti Turqut Özalın ölümü ilə bağlı şok açıqlamalar meydana gəlib.
AZXEBER.COM-un məlumatına görə, tibb ekspertlərinin apardığı araşdımalardan sonra ölüm faktı ilə bağlı müəyyən çatışmazlıqların olduğu bildirilib. Belə ki, Türkiyə qəzetində Arzu Yıldızın əldə etdiyi məlumatlarda bildirilir ki, Özalın ölümünə aid xəstəxana arxivinin aqibəti bəlli deyil. Ən maraqlı fakt budur ki, onun ölüm raportunu tibb universitetinin 5-ci, 6-cı kurs tələbələri təyin edib.
Ölümlə bağlı ən qaranlıq məqam isə ölüm saatıdır. Belə ki, Turqut Özalın vəfat etdiyi saat 14.30 kimi göstərilsə də, radio və televiziyalarda bu daha erkən, yəni saat 11:15-də bildirilib. Bu saat isə onun sadəcə xəstəxanaya ağır vəziyyətdə giriş etdiyi vaxtdır. Amma burada da qaranlıq məqam özünü gizlətmir. Belə ki, xəstəxanaya 11:15-də daxil olan dövlət başçısı daha sonra qan analizi versə də, sənədlərdə qan analizi verilən saat 10:50-ni göstərir.
Ölkəbaşçısının daxil olduğu klinikada ona ilkin medaxilə edən həkimlərin heç birinin adı qeyd olunmayıb. Sırf buna görə də hələ ki bu haqda deyilən bəyənatlar tutarsız olaraq dəyərləndirilib.
Yorumlar
Yorum Gönder