Həyat yoldaşınızı nə qədər başa düşürsünüz? - ARAŞDIRMA

 

Həyat yoldaşınızı nə qədər başa düşürsünüz? - ARAŞDIRMA





Müştərək ailə həyatının məharətlərindən biri də həyat yoldaşlarının bir-biri ilə düzgün ünsiyyət qura bilməsidir. Bu məharət sadə görünsə də, ağacın budağına bənzəyir ki, ondan başqa budaqlar da şaxələnər. Bu məharət sayəsində həyat yoldaşları arasında simpatiya və etibar etmək hissi meydana gələr.


Əgər siz həyat yoldaşınızla dürüst olmaq istəyirsinizsə, gərək onunla düzgün rabitə qurmağı bacarasınız. Bu məharət isə bir-birini yaxşı eşitməkdən başqa bir şey deyildir. Əslində bir-birinə yaxşı və diqqətlə qulaq asmaq - həyat yoldaşları arasında ülfət yaradar.


Ünsiyyət ona görə etibar hissini gücləndirir ki, insan özünü həyat yoldaşının yerinə qoyur və onun baxışı ilə həmin şəraiti görməyə çalışır. Ona fikrini elə çatdırır ki, qarşı tərəfin nəzərinə görə düzgün və dürüstcəsinədir.


Ərlə-arvad arasında olan ünsiyyət simpatiya hissini gücləndirər, yəni həyat yoldaşının bəyan etdiklərini təcəssüm etdirir və bəzən də onu öz varlığınızda təcrübə edərsiniz. Bu hiss cütləri bir-birinə yaxınlaşdırar və aralarında vəhdət yaradar.


Ailədə baş verən bir çox problemlər cütlərin düzgün ünsiyyət qurmamasından qaynaqlanır. Yəni tərəflərdən biri qarşı tərəfə öz hisslərini şəffaf şəkildə çatdıra bilmir və ya onun verdiyi xəbəri ikimənalı qəbul edir. Bunun səbəbi odur ki, qarşı tərəf xəbəri natamam şəkildə almışdır. Nəticədə qarşı tərəf də təcrübələrinə söykənərək, bu deyilənləri təfsir etməyə çalışır.



 

Mübaliğəsiz demək olar ki, ərlə-arvad arasında anlaşılmamazlıqların səbəbi elə budur və bundan xilas olmağıln yolu - xəbəri düzgün çatdırmağa çalışmaqdır. Bunun nəticəsində həm anlaşılmamazlıqlar aradan qalxar, həm də kin və küdurət yox olar. Xəbərlərin aydın olması üçün dörd mövzuya diqqət etmək lazımdır. Misal üçün əriniz işdən evə saat 9-da gəlir, lakin bu gün saat 10-da gəlmişdir. Birinci mövzu müşahidə mövzusudur, yəni onun saat 10-da gəlməyini müşahidə edirik. İkinci mövzu isə bu müşahidədən yaranan hiss və haldır. Təhnalıq və pərişanlıq hiss etmək üçüncü mövzudur. Bu qadın belə düşünür ki, əri onu çox istəmir və elə ona görə də evə gec gəlir. Dördüncü mövzu budur ki, xəbəri verənə ehtiyacı olar, yəni istəyir ki, əri onu çox istədiyini etiraf etsin.


Əgər bu dörd mövzu düzgün çatdırılmazsa və qarşı tərəf ondan xəbərdar olmazsa, bu zaman çətinliklər gətirə bilər. Beləliklə xəbərin çatdırılması üçün lazım olan şeylər: müşahidənin, hisslərin, inancın və ehtiyacın qarşı tərəfə düzgün ötürülməsidir. Əgər düzgün rabitə qurmaq istəyiriksə, gərək bu dörd mühüm mövzuya diqqət edək.

Yorumlar

Bu blogdaki popüler yayınlar

Information about provocations of the Armenian armed forces

Oğlaq bürcü

İradə haqqında anlayış