Ey iman gətirənlər! Cümə günü namaza çağırıldığınız zaman Allahı zikr etməyə tələsin və alış-verişi buraxın. Bilsəniz, bu sizin üçün nə qədər xeyirlidir!
Ey iman gətirənlər! Cümə günü namaza çağırıldığınız zaman Allahı zikr etməyə tələsin və alış-verişi buraxın. Bilsəniz, bu sizin üçün nə qədər xeyirlidir!.
Cümə günü və cümə namazına müqəddəs kitabımız olan Quran'i Kərim də də uca Allah tərəfindən xüsusi surə və məxsusi namazı üçün xüsusi ayə vardır. Hətta uca Allah buyurur ki aclıq və qıtlıq dönəmində belə cümə namazı zamanı ərzaq gələrsə belə ərzaq almağa deyil namazı qılmağa tələsmək və getmək lazımdır.
Cümə namazı həm də onun üçün vacib buyurulmuşdur ki, sorğu sual günü uca Allah insanlardan ilk soruşduğu söz sizin məni zikr etdiyinizi sizlərdən kim mənə şahidlik edə bilər. Digər bir ayədə isə uca Allah belə buyurur. Əgər bir kimsə sizinlə birlikdə namaz qılmaq Allahı zikr edirsə o insanın o əməlinə şahidlik etməkdən heç zaman çəkinməyin. Çünki sizlərin şahidliyiniz onların nicatı ola bilər. Onun üçün də heç olmasa bir dəfə də varsa sənin namaz qılmağa şahidlik edəcək bir kimsələrin olması üçün cümə namazlarına gəlin. Nə qədər bacarsanız bir o, qədər çox gəlin. Vacib deyil evdə namaz qılasınız. Yetərki Azan oxunan zaman imkan olduqca məçidə gedin imama uyaraq,imamı şahid tutaraq namaz qılın. Düşünün əgər 40fərqli yerdə qırx fərqli imam sizə axirətdə namaz qılmanıza şahidlik edərsə bəlkə də qırx illik günahlarınız bağışlanar. Yetərki namazı Allah yolunda və axirət günü sizə qurtuluş və nicat gətirəcəyinə inanaraq qılın. Bax o zaman siz həqiqətən də nicat tapanlardan olarsınız. Növbəti cümlələrdə görüşmək ümidi ilə. Bəlkə bir gün biz də bir birimizə şahidlik etdik.
Yorumlar
Yorum Gönder