Hər biri bir el misalı olanlar.

   Hər biri bir el misalı olanlar rublikasının ilk qəhrəmanı Miskil təxəllüslü, ilk Müqəddəs Georgi ordenli cəmi 55 il yaşamış general və yazıçı İsmayıl Bəy Qutqaşınlıdır. 




O 1806-cı ildə anadan olmuşdur İsmayıl Bəy. Cəmi 12 yaşı olarkən Sanki Peterburqda hərbi məktəbə daxil olmuş, 16 yaşında isə yəni 1822- ci ildə oranı bitirmişdir. Sonra Rus ordusunda əsgər kimi fəaliyyətə başlayan İsmayıl Bəy əsgərdən general mayor rütbəsinə qədər yüksəlmişdir. O cəmi 55 yaşında 1861ci ildə vəfat etmişdir. 

İndi deyəcəklər ki bəs İsmayıl Bəy hara mövzu hara? 

İndi çox insan aludəçisi olduğu pis vərdişlərdən həmişə özünü deyil də düşdüyü mühiti sorumlu tutur. Ancaq yuxarıda da qeyd etdiyim kimi İsmayıl Bəy cəmi 12yaşında ikən çar hərbi məktəbinə daxil olmuşdur. O gündən sonra ömrünün böyük hissəsini çar ordusunda xidmət etmək ilə keçirmişdir. Lakin nə qədər çar ordusunda xidmət etsədə yenə İsmayıl Bəy öz dinini unutmayaraq. Əsl müsəlman kimi ömür sürmüşdür.  Deyilənə görə hətta çar özü ona dəfələrlə şərab təklif etmişdir. Lakin İsmayıl Bəy heç zaman şərab içməmişdir. Bir gün çarın əmri ilə İsmayıl Bəy üçün şərab qızıl badədə gəlir. Çar deyir. İsmayıl Bəy məxsusi sizin üçün qızıl badədə gəlib şərab yenə də içməyəcəksinizmi. 

İsmayıl Bəy deyir. Badə olsada qızıldan. İçindəki şərabdır, yox fərqi digər şərabdan. Bu insan qəlbinin dərinliyində olan Allah sevgisi üçün çarın qızıl badədə belə gətizdirdiyi şərabı içmir. Məs elə o hadisədən sonra İsmayıl Bəy təqaüdə çıxır. Bir müddət sonra ermənilərin əli ilə çarlığın göstərişi əsasında zəhərlənərək öldürüldü. Və beləcə el misalı olur onun sözləri. Badə olsada qızıldan, içindəki şərabdır yox fərqi digər şərabdan.




 İkinci qəhrəmanı Şəfi bəy Rüstəmbəyovdur. 1893-cü ildə anadan olan Şəfi bəy artıq 1918ci il o zamankı ADR-in parlamentinin deputatı, Azərbaycan qəzetinin baş redaktoru, və sonradan ADR-in Daxili İşlər Nazirinin birinci müavini vəzifəsində çalışıb. Onun yadda qalanlığı isə ilk milli Mətbuat haqqında qanun layihəsinin müəllifi olması və eyni zamanda da 1920-ci il Bakı Rusiya tərəfindən işğal edilən zaman ADR- in süqutunun elan edildiyi vaxt parlament üzvlərinin diqqətini cəlb etmiş ağlaması olur. Beləliklə sevərək qurulmasında iştirak etdiyi müstəqil Azərbaycan dövlətinin süqutunu körpə uşaq təki ağlayaraq qarşılayan 27yaşlı parlament üzvü və nazir müavini Şəfi Bəy Rüstəmbəyov olur. Onun ağlayaraq parlament binasını tərk edən yeganə hökumət üzvü kimi tarixə düşür.




Üçüncü qəhrəmanımız nəinki Azərbaycan xalqının az qala bütün türk dünyasının sevimlisi halına gələn general mayor Polad Həşimovdur. Onun haqqında çox yazmağa ehtiyac yoxdur. Zatən yazan çoxdur. Lakin onun öz sözlərini yaıram bura. Al bu kampotu iç və təxris olarkən deyərsən ki mən dünyanın yeganə əsgəriyəm ki general mənim üçün kampot süzüb. Bu sözləri deyərkən o heç düşünməmişdir ki, elə onun özüdə dünyanın yeganə generalı idi ki əsgəri üçün kampot süzüb. Polad Həşimov general olduğu zaman belə əsgəri üçün kampot düzə biləcək qədər sadə insan idi. O sadəliyi idi onu xalqına və dünyaya sevdirən. Baxın bu idi Həşimov Polad hekayəsi. 


Yorumlar

Bu blogdaki popüler yayınlar

Information about provocations of the Armenian armed forces

Oğlaq bürcü

İradə haqqında anlayış