Sərhəddə nə baş verir? Müharibə yoxsa qərbin Türk birliyinin iclası üçün hazırladığı kokteyl?
Hər bir Azərbaycanlı kimi mənim də bu günlərdə yenədə diqqətimi Ermənistan ilə sərhəddə və Qarabağ ətrafındakı təxribat xarakterli məlumatlar cəlb edir. Əslində bir az düşünəndə baş verənlərin heç də təsadüfi,və yaxud da ki Ermənistan rəhbərliyinin hər hansısa planının bir hissəsi olmadığını görürük? Belə ki Ermənistan təhlükəsizlik şurasının iclasında rəsmən Azərbaycanın sovet dövründə olan ərazilərini tanıdığını bəyan edir, eyni zamanda isə baş verən təxribatlar və Müdafiə nazirliyinin başına gətirilən şəxsin heç normal hərbi xidmət belə keçməmiş birisinin olmasıdır. İndi çoxları deyəcək bəs bu demokratik qanundur? Lakin düşünün siz müharibə etmək istəyirsinizsə bəs nə üçün heç bir hərbi səriştəsi olmayan birini müdafiə naziri təyin edirsiniz? Əlbəttə ki əslində məsələ tam aydındır. Paşinyan nə Qərbin dollarlarından vaz keçə bilir, nə də ki Rusiyanın krişalığından. Eyni zamanda da Türkiyə və Azərbaycan ilə də əlaqələri normallaşdırmağa çalışır. Necə deyərlər bir əldə beş qarpız tutmaq istəyir. Qərbin isə itirəcəyi çox şey var. İlk öncə Zəngəzur dəhlizi açılarsa Türk dünyası arasında vasitəçisiz əlaqələr olacaq. Vahid ordu, vahid iqtisadi birlik olarsa artıq Avropa birliyi özü belə yalvararsa Türkiyənin o ittifaqın üzvü olmayacağını, və avropanın isə rus və türk birliyinin kuklası olacağını bilirlər. Rusiya da öz növbəsində Avropanın şantaj aləti kimi istifadə etdiyi qaz dəhlizi əlindən çıxacaq. Ayrıca olaraq qərb şirkətlərinin Qırğızıstanda yerləşən dünyanın ən böyük qızıl yataqları və Özbəkistanda yerləşən və dünyüda olan uranın 3/1nə sahib yataqların da əllərindən çıxacağını bilirlər.
Ayrıca olaraq həmişə ki təsadüf Azərbaycan və Ermənistan qoşunları arasında atəşkəs pozulur. Elə həmin gün də İran prezidenti Rusiya prezidenti ilə Azərbaycan, Ermənistan arasında olan münaqişəni müzakirə edirlər.
Düzdür bu gün necə ki Azərbaycan və Türkiyə üçün Zəngəzur dəhlizi vacibdir, eləcə də Rusiya üçün Suriya vacibdir. Qarabağ və Zəngəzurun açarı Rusiyanın əlində olduğu kimi Suriya böhranının da, açarı Türkiyənin əlindədir. Çünki bu gün Türkiyə ərazisində 6 milyon və bir qədər artıq Suriyalı qaçqın var. Eyni zamanda da 4 milyon və bir qədər çox Suriyalı Türkiyənin nəzarət etdiyi bölgədə idi. Göründüyü kimi təqribən on milyon suriyalı birbaşa Türkiyənin təsir dairəsi daxilindədir. Rusiya isə Aralıq dənizində donanma saxlamaq istəyirsə mütləq Suriya böhranını həll etməyə məcburdur. Yəni, dolayısı ilə Türkiyə ilə ortaq hərəkət etməyə məcburdur. Azərbaycan üçün Qarabağ və Şuşa necə vacib idisə Rusiya üçün də Suriya elə vacibdir. Birinci ona görə ki Suriya Rusiyanın Aralıq dənizində və Ərəb ölkələri ilə İsrail üzərində sonuncu nəzarət məntəqəsidir. Bu məntəqədə əldən çıxarsa Rusiya aralıq dənizi və yaxın şərqdə heç bir təsir mexanizmi qalmır.
İkinci variant isə odur ki əslində Rusiya özü də Türk dövlətləri birliyinin yaranmasından narahat olmaya başlayıb. Birinci ona görə ki burda Rusiya Asiya regionunda olan nəzarəti itirmiş olur. İkinci isə həmdə Rusiya Qazaxıstan neftini və Türkmənistan qazını itirmiş olur. Bu da həm iqtisadi,həm də siyasi cəhətdən Rusiya üçün sərfəli deyil. Çünki Rusiya Avropanı əsasən qaz ilə sıxışdırıb özünün əleyhinə olan müəyyən sanksiyaları ya ləğv etdirir, ya da ki heç qəbul olmağa qoymur. İndi isə həmin siyasi və iqtisadi rıçaq olan Türkmənistan qazını itirmək təhlükəsi ilə üz-üzə qalıb. Bir məsələyə də diqqət etsək ki görərik ki Ərdoğan əslində İlham Əliyevə o medalı təqdim etməklə dünyanı elə Azərbaycanın dəmir yumruğu ilə hədələyirdi. Eyni zamanda Azərbaycan, Türkiyə, Pakistan arasında bağlanmış vahid ordu, vahid sərhəd müqaviləsi də İran, hindistan və Çini hərəkət etməyə vadar edir. Bu üç ölkə bu gün Ermənistanı dəstəkləyir. Səbəb isə çox sadədir. Üçlük ittifaqı və Türk dövlətləri birliyi gələcəkdə birləşərək böyük bir ittifaq yaradacaq. Bu isə iqtisadi cəhətdən çinə heç bir zaman sərf etməyəcək. Çünki bu region həm təbii sərvətləri, həmdə ki kənd təsərrüfatı məhsulları ilə tam bir xam mal bazasıdır. Bu da dünya arenasında Çin malları ilə rəqabət apara bilməyəcək bir bazar yaranması deməkdir. Yenə də burda da çin iqtisadi cəhətdən itirirsə, digər tərəfdən də şərqi Türküstanı, yəni Uyğur Muxtar vilayətini də itirə bilər. Ayrıca olaraq Əfqanıstanda hakimiyyəti ələ alan taliban qüvvələri də Türkiyə ilə bir İttifaq qurmaq istəyirsə, bu artıq Avropa üçün də bir mesajdır. Nə isə bu haqda çox yazmaq olar lakin ardı qalsın növbəti yazılara.
Yorumlar
Yorum Gönder