Türk şurasının adı dəyişdirilərək Türk dili dövlətlər birliyi adlanması nə deməkdir?
Bismillahi Rəhmani Rəhim.
Türk şurasının adı dəyişdirilərək Türk dövlətləri birliyi adlanması nə deməkdir?
Artıq bir addım daha yaxınlaşırıq Turan birliyinin qurulmasına. Xeyirli uğurlu olsun, yeni üzv olan Türkmənistanın ayağı düşərli olsun. Necə böyük türk dünyasının lideri cənab Rəcəb Tayyib Ərdoğanın dediyi kimi növbəti ildə Şimali Kipr Türk respublikasınıda birliyin üzvü olaraq görmək arzusu ilə. Şərqi Türküstandan başlayıb, qərbdə Kipr ilə bitən birlik olması arzusu ilə. Sözdə yox əməldə birlikdə olmaq arzusu ilə. İlk iclası xeyirli olsun Turan birliyinin. O birlik əsası Azərbaycanda qoyuldu. O birlik ki, inkişaf yolu Azərbaycanda keçdi. O birlik ki, ümüd şamları, çin olan arzuları Azərbaycanda yarandı. Bu gün sözün əsl mənasında Azərbaycanlı olduğum üçün xoşbəxtəm. Bu gün fəxrlə deyə bilərik hər birimiz nə yaxşı ki Azərbaycanlıyam. Məs bu gün həm də Azərbaycan prezidenti İlham Əliyevin timsalında bütün Azərbaycan xalqına türk dünyasının medalı təqdim edildi. Xatırlayırsınızsa bir neçə gün öncə Zəfər günü ilə bağlı məqaləmdə mən bu zəfərin əslində bütün türk dünyasının zəfəri olduğunu bildirmişdim. Məs bax bu gün bu bir daha öz təsdiqini tapdı. Bu gün zəfərin insanlarına biz qiymət verə bilməsək də bu qiyməti bütün türk dünyası verdi. Bu gün o medal əslində üç min şəhidlərin məzarından asıldı, bu gün əslində o, medal qazi və döyüşçülərimizin boynundan asıldı, bu gün əslində bu medal Dəmir yumruq təki birləşmiş xalqın boynundan asıldı. Medal aslində bir siqnal idi dünyaya. Dünən bir dövlət yumruq təki birləşdi və sizlərin planlarını pozdu, bu gün isə bütün türk dünyası birləşir dəmir yumruq təki. Əslində nə yaxşı olardı bu yazını uzaq Türküstan da oxuya biləydi. O, zaman onların ürəyinə sakitlik çəkərdi, onların gözləri sevinclə alışıb yanardı ki, artıq qurtuluş yaxındır. Artıq gəlir Türkün ordusu. Artıq qurulur Turan ordusu. Gəlir xilafət səsi. Qoy ucalsın Pakistan, Əfqanıstan, Liviya, Qətər, Mərakeş bayrağı. Qoy ucalsın dünyanın dörd yanından Azan səsi. Qoy zikr etsin dillər Allah kəlməsi.
Hər şeyin yaxşı olması ümidi ilə uca Allahın adı və xeyir duası ilə xeyirli uğurlu olsun deyək. Bu gün Turan yarın islam ordusu qurulsun deyək. Allahın salamı və rəhməti daim üzərinizdə olsun.
Yorumlar
Yorum Gönder