Zəfərə gedən yol, və zəfər günü.
8 noyabr Azərbaycan tarixində zəfər günü kimi həkk olunub.
Bəs nədir zəfər günü?
Zəfər bu xalqın iki əsrlik əsarət zəncirinin qırılması idi. Zəfər bu xalqın iki əsrdən bəri ilk birliyi idi. Zəfər bu xalqın iki əsrlik arzusu idi. Zəfər bu xalqın gələcəyə ötürmədiyi utancı idi. Zəfər bu xalqın dəf etdiyi qorxuları idi. Zəfər bu xalqın dünyaya hələdə bir xalq kimi varlığının sübutu indir. Zəfər İslam və türk dünyasının yenidən yanan sönmüş ümüdləri idi. Bəli sönmüş ümüdlər. Hansı ki şərqi Türküstandada, Özbəkistandada, Qırğızıstanda da ümüd şanslarını yandırdı. Bu zəfər 30 il ərzində barışmayan iki türk xalqını Özbəklər ilə Qırğızları barışdırıcı. Bu zəfər 30 il ərzində ilk dəfə olaraq iki türk liderin öz aralarında Rus dili ilə deyil öz ana Türk dili ilə danışmasına rəvac verdi. Bu zəfər Uyğurların azadlıq simvolu oldu. Bu zəfər Qazaxların milli kökə qayıdış simvolu oldu. Bu zəfər Turanın sözdə deyil əməldə qurucusu oldu. Bu zəfər Əfqanıstanda 50 illik azadlıq mübarizəsinin qələbəsi oldu. Bu zəfər otaylı, bu taylı Azərbaycan xalqının sevinci oldu. Bu zəfər Kəşmirin azadlıq nəfəsi oldu. Bu zəfər Ukraynada, Gürcüstanda, Bosniyada, Kiprdə Azadlı q mübarizəsinin simvolu, Afrikada aclıqdan əziyyət çəkən insanlarında zəfəri oldu. Bu zəfər gündoğandan günbatana kimi bütün haqq, ədalət mübarizəsinin simvolu oldu. Onlar artıq öz savaşlarında Azərbaycanın zəfər tarixindən danışırlar. Bəs biz nə edirik?
Biz bizlərə bu zəfəri yaşadanları nə tez unuduruq. Nə tez unutduq ölmüş əsgər yoldaşı ilə günlərlə yol gedən, ölüsünü belə düşmənə verməyən igidlərimizi. Nə tez unuduruq jurnalist deyəndə ki Hikmət bəy axı Tərtərə hələ atırlar: Ats#alarda, atmasalar da mən gedirəm, getmək istəyən gəlsin deyən Hikmət Hacıyevi. O, Hikmət Hacıyevi ki, gecə gündüz bilmədi informasiya müharibəsində xalqımızın qələbə qazanması üçün sözün əsl mənasında özünü həlak edirdi. O Hikmət Hacıyev ki gündüz döyüş meydanında gecə isə televiziya ekranlarında saatlarla yorulmadan döyüşdü. O, Hikmət Hacıyev ki vəzifə və mövqeyini şəxsi mənafeyi üçün deyil xalqı üçün xərcləyərək gah özü danışdı,gah da danışanlara mikrafon tutdu. Bax biz tez unuduruq zəfər qazananları.
Biz nə tez unuduruq ki həm prezident həm də ölkənin vəkili olan İlham Əliyevi. O İlham Əliyev ki 44gün ərzində müxtəlif ölkələrdən, təşkilatlardan nə qədər hədə, qorxu eşitsə yenədə vətəni uğrunda sona qədər savaşdı. O İlham Əliyev ki həm müttəhim oldu,həm hakim,həm vəkil. Ancaq bir an belə tərəddüd etmədən gecə bilmədi, gündüz bilmədi döyüşdü, biz evimizdə isti yataqda yatarkən o döyüş meydanında əsl sərkərdə kimi döyüşdü.
Biz nə tez unuduruq 3000şəhidi. Məgər azdır bu xalqın üç min şəhidi. Sönmüş çıraqları, yarımçıq qalan ümüdləri, gözü yaşlı anaları. Məgər azdır bu millətin oğlu üçün ağlayan ataları, Məgər azdır ki bu millətin ata həsrəti ilə yaşayan oğulları. Sizə daha çox lazım idi. Yoxsa nə üçün tez unuduruq biz bunları.
Bizlər ilə birlikdə gecə gündüz döyüşən Ərdoğanı,Akarı,Çavuş oğlunu. Nə tez unuduruq Kapitan İmran xanı. Nə tez unuduruq körpə balasını tənha qoyan şəhid bacımızı.
Unutmayın ki bu gün dünyada Azərbaycan xalqının zəfəri deyilirsə. Bu gün bu zəfər ilə özlərini azad ola biləcək qədər cəsarətli sayan xalqlar necə ki özlərini bizə borclu sayır bizdə əslində bu qəhrəmanlara borcluyuq. Gəlin heç zaman unutmayaq. Zəfər günü bayram keçirdik. Əla. Bəs neçə şəhid övladı,anası, ailəsi ziyarət etdik. Özümüz bayram deyə yeyib içdik,bəs yaxşı neçə ehtiyacı olan qazi qapısı döydük, onları sevindirdik. Deyim; Heç kimin. Çünki biz unutduq ki bu gün biz deyil onlar bayram etməli idi. İki bayraqla, sürətlə və təhlükə ilə maşın sürmək, sonra da oturub sağlığına içmək deyil, o qəhrəmanları yad etmək idi zəfər bayramı.
Nə isə kimlərin isə xətrinə dəydisə üzürlü saysın bu mənim Zəfər günü xəyalım idi. Həmişəlik də xəyal olaraq qalacaq. Çünki biz tez unuduruq.
Yorumlar
Yorum Gönder