Möminə qadınlar behişt hurilərindən də gözəldir

 


Möminə qadınlar behişt hurilərindən də gözəldir




Əgər Qurana müraciət etsək, behişt qadınlarının bir çox xüsusiyyətini görə bilərik.

Behişt qadınları iki dəstə olur:

1. Bir dəstə hurul-eyndir ki, Quranın bir çox ayələrində onlardan bəhs olunmuşdur. O cümlədən: "Onlarda gözəl təbiətli və gözəl üzlü qadınlar vardır. Belə isə (ey insan və cin tayfaları), Rəbbinizin nemətlərinin hansı birini təkzib və inkar edirsiniz?! Çadırlar içərisində pərdə arxasında oturmuş (və yadların gözlərindən uzaq) hurilər. Belə isə (ey insan və cin tayfaları), Rəbbinizin nemətlərinin hansı birini təkzib və inkar edirsiniz?! Bunlardan qabaq onlara nə bir insan, nə də bir cin toxunub". ("Rəhman" 70-74). Həmçinin buyurur: "Həmin cənnətlərdə gözlərini ərlərindən qeyrisindən yığan və ondan başqasını sevməyən, nə bir insanın, nə də cinin toxunmadığı qadınlar vardır". ("Rəhman" 56). "Və (orada onlar üçün) ağ dərili, iri gözlü gözəl qadınlar (vardır)". ("Vaqiə" 22). Quranda bu behişt qadınlarının bir çox xüsusiyyətlərinə rast gəlmək olur. O cümlədən: cavanlıq və həmişəlik şad olmaq, paklıq və hər cür çirkinlikdən uzaq olmaq, həyat yoldaşlarını heyrətə salmaq, qara, iri və şəffaf gözlər, mirvari kimi parlamaq kimi.

2. İkinci dəstə qadınlar saleh və mömin qadınlardır ki, hurul-eyndən də gözəldirlər. İslam Peyğəmbəri (s) buyurur: "Müsəlman kişi üçün İslam dinini qəbul edəndən sonra müsəlman qadına malik olmaqdan gözəl fayda yoxdur. Nə zaman onu görsə, bütün varlığında kamil sevinc meydana gələr və ərinin istəklərinə kamil itaət edər, onun qeybətində öz iffətini və həmçinin ərinin malını qoruyar". Bu nurani hədisdə saleh qadının xüsusiyyətləri bəyan olunmuşdir.

"Siz və (dünyadakı) zövcələriniz tam sevinc, kamil zinət və son dərəcə hörmətlə Cənnətə daxil olun!". ("Zuxruf" 70).

"(Həmin o) əbədi cənnətlər ki, onların özləri və atalarından, zövcələrindən və övladlarından (əqidə baxımından) layiq olanlar (əməlləri naqis olsa da, onlara görə) ora daxil olarlar. Və mələklər hər bir qapıdan onların yanına daxil olarlar". ("Rəd" 23).

"Həqiqətən, Cənnət əhli o gün xoş bir əhval-ruhiyyədə, şadlıq və ləzzət içərisindədirlər. Onlar və zövcələri (ağacların və qəsrlərin) kölgələr(i) altında öz bəzənmiş taxtlarına söykənərlər". ("Yasin" 55-56).

Yorumlar

Bu blogdaki popüler yayınlar

Information about provocations of the Armenian armed forces

Oğlaq bürcü

İradə haqqında anlayış