Kayıtlar

Ekim, 2021 tarihine ait yayınlar gösteriliyor

Şeytan kimdir? Vəsvəsəni necə edir?

Resim
  Şeytan kimdir? Vəsvəsəni necə edir? Müqəddəs Quranın bir çox ayələrində şeytanın (lən) ardıcılı olmaq - əxlaqsızlığın simvolu kimi tanıdılmışdır. İnsanın qarşısında həmişə iki yol olar: Allahın və şeytanın (lən). Qurani-Kərimdə Uca Allah buyurur: "Və: "Yalnız Mənə ibadət edin ki, bu, düz yoldur!". Şübhəsiz, (şeytan) sizin içinizdən bir çox dəstələrı azdırdı, heç düşünmürdünüzmü?!". ("Yasin" 61-62). Bəziləri belə güman edir ki, şeytan - əmmarə nəfsidir. Halbuki, Quran şeytanı müstəqil bir varlıq kimi tanıdır ki, cin tayfasından xəlq edilmişdir. (Tebyan) Bəzən şeytan dedikdə, şər insanlar da nəzərdə tutulur. "Ey Adəm övladları, məbada şeytan ata və ananızı cənnətdən çıxartdığı - belə ki, ayıb yerlərini özlərinə göstərmək üçün libaslarını əyinlərindən çıxardığı - kimi sizi (də) aldatsın və azdırsın! Şübhəsiz, o və onun qəbiləsi sizi, sizin onları görə bilmədiyiniz yerdən görürlər. (O bəşəri gözlə görünməyən mələk və ruh kimi lətif bir yerdir). Əlbəttə,

Həyat yoldaşınızı nə qədər başa düşürsünüz? - ARAŞDIRMA

Resim
  Həyat yoldaşınızı nə qədər başa düşürsünüz? - ARAŞDIRMA Müştərək ailə həyatının məharətlərindən biri də həyat yoldaşlarının bir-biri ilə düzgün ünsiyyət qura bilməsidir. Bu məharət sadə görünsə də, ağacın budağına bənzəyir ki, ondan başqa budaqlar da şaxələnər. Bu məharət sayəsində həyat yoldaşları arasında simpatiya və etibar etmək hissi meydana gələr. Əgər siz həyat yoldaşınızla dürüst olmaq istəyirsinizsə, gərək onunla düzgün rabitə qurmağı bacarasınız. Bu məharət isə bir-birini yaxşı eşitməkdən başqa bir şey deyildir. Əslində bir-birinə yaxşı və diqqətlə qulaq asmaq - həyat yoldaşları arasında ülfət yaradar. Ünsiyyət ona görə etibar hissini gücləndirir ki, insan özünü həyat yoldaşının yerinə qoyur və onun baxışı ilə həmin şəraiti görməyə çalışır. Ona fikrini elə çatdırır ki, qarşı tərəfin nəzərinə görə düzgün və dürüstcəsinədir. Ərlə-arvad arasında olan ünsiyyət simpatiya hissini gücləndirər, yəni həyat yoldaşının bəyan etdiklərini təcəssüm etdirir və bəzən də onu öz varlığınızda

Maraqlı gəldi

Resim
 

Telefon nömrələrinin magiyası

Resim
  Telefon alarkən, onun nömrəsini seçmək daha uzun sürür. Gözəl və yadda qalan, eyni zamanda uğurlu bir nömrəyə sahib olmaq hamımızın ürəyindən keçir. Numerologiya (rəqəmlər haqqında xüsusi əbcəd elmi) bizim gündəlik “sirdaşımız” olan telefondan da yan keçməyib. Amma çoxumuz onu da bilmirik ki, təsadüfən və ya bilərəkdən seçdiyimiz nömrələr bizim həyatımıza və gələcək işlərimizə təsir edir. Həyatda heç nə təsadüfi deyil. Telefon nömrəsində olan hər bir rəqəm özündə xüsusi enerji və informasiya daşıyır. Hər birimiz nömrə alarkən nəyəsə uyğun olaraq və ya nəyisə düşünərək alırıq. Bəzi insanlar ad gününə uyğun, kimisi ev nömrəsinə uyğun alır. Bəziləri buna heçdə önəm vermir və necə gəldi adi bir nömrə alır. Amma İndiki dövrdə buna ən çox önəm verən xanımlarımızdır. Onlar hər şeydə seçilməyi xoşladıqları kimi nömrə alarkəndə, mütləq yadda qalan nömrələr alırlar. Telefon numerologiyası həm mobil, həm də ev telefonlarına aiddir. Telefon nömrənizin kodunu tapmaq üçün Qayda: Nömrənin əvvəlində

Şəxsiyyət vəsiqəsi və sən. Hamını şəxsiyyət vəsiqəsinin seriyasının hansı rəqəmlərdən ibarət olduğunu və onların nə məna daşıdığı maraqlandırır.Numerologiya-rəqəmlərin magiyası bu sirri açmaqda

Resim
  Şəxsiyyət vəsiqəsi və sən. Hamını şəxsiyyət vəsiqəsinin seriyasının hansı rəqəmlərdən ibarət olduğunu və onların nə məna daşıdığı maraqlandırır.Numerologiya-rəqəmlərin magiyası bu sirri açmaqda kömək olacaq.Sən demə,bu qiymətli sənəddə çox böyük informasiya gizlənib. Beləliklə,şəxsiyyət vəsiqənizin seriya nömrəsindəki bütün rəqəmləri toplayın: Nümunə: Shexsiyet vesigesinin regelmerin toplayirsin: AZE№ 05270462 | 0+5+2+7+0+4+6+2=26. Alınmış rəqəmi də toplayırıq ki, bir rəqəm alınsın: 26=2+6=8 Deməli əsas kod 8 alındı. Sizdə öz seriya nömrənii diqqətlə toplayın,alınan rəqəm üzrə nəticəyə baxın. Rəqəmlərin Sirri: 1.) Ətrafdakıkar sizin orijinal və təkrarsız insan olduğunuzu qiymətləndirir.Amma özünüzə qapalılığınızı və ünsiyyətə can atmadığınızı qəbul etmək istəmirlər.Öz içinizdə sizi dərin bir tənhalıq və həyata keçirə bilmədiyiniz planların acısı sıxır. 2.) Sizi ünsiyətcil,mehriban və dostpərəst hesab edirlər.Amma bu xasiyyətinizdən çoxları öz məqsədi üçün istfadə edir.Bu,sizə ziyandı

Beşgünlük dünyadan sonra gələcək əbədiyyət barədə düşün

Resim
Beşgünlük dünyadan sonra gələcək əbədiyyət barədə düşün   İmam Əli (ə) cümə günlərinin birində xütbə deyərkən, əvvəl Allaha həmd etmiş və sonra da Peyğəmbərə (s) salavat göndərmişdir. Sonra buyurmuşdur: "Allah bəndələri! Sizlərə nəfsinizi tərbiyə etməyi və təqvaya riayət etməyi tövsiyə edirəm. Allahın itaətini qənimət bilin. Bacardığınız və gücünüz çatan qədər ömrünüzün keçən günlərində Allaha itaəti və əmrinin ardınca getməyi qənimət bilin. Bacardığınız qədər ölümün sizin üçün gətirə biləcəyi müsibətlərlə mübarizə aparmaq üçün saleh əməl hazırlayın. Ölümü o qədər böyük hesab edin ki, övliyalar və böyük alimlər ölümə mübarizədə titrəyirdilər. Ölümdən sonra bərzəx aləminin başlanğıcında baş verən hadisələr o qədər əzəmətli, çətin və dözülməzdir ki, bundan xəbərdar olan Allah bəndələri belə, titrəyərlər. Bu müşküllərlə mübarizə aparmaq üçün bir yol mövcuddur. Bu da saleh əməl və Allah yolunda iş görməkdir. Orada insanın dadına çatacaq tək şey - saleh əməldir. Mən sizə əmr edirəm. Mə

Halal ruzi qazanmağın 8 formulu

Resim
  Halal ruzi qazanmağın 8 formulu İbadətin 70 bölməsi vardır. Onun ən böyük hissəsi - halal ruzi qazanmaqdır. Övladın atası üzərindəki haqqı budur ki, ruzisini halal yolla təmin etsin. İmam Sadiq (ə) buyurur: "Hər kim duasının yerinə yetməsini istəyirsə, gərək gəlirini halal etsin. Qarnında haram tikə olan heç bir bəndənin duası Allah dərgahına yuxarı qalxmır". (Tebyan) Dinimiz halal ruzi qazanmağın formulunu müəyyən edib bizlərə çatdırmışdır. Onlara işarə edək: 1. Allahın Rəzzaq olduğunu qəbul edək. İnsanların əlində olana ümid bəsləməmək və etinasızlıq etmək - ən böyük zənginlikdir. Həzrət Peyğəmbər (s) buyurur: "Hər kim Allahdan qeyrisindən əlini kəsərsə, Allah onun həyat xərcini təmin edər. Gözləmədiyi yerdən ruzi verər. Ancaq o kəsin ki, ümid gözü dünyada olar, Allah onu dünyaya tapşırar". 2. Halal ruzi qazanmaq üçün səy et. Halal ruzi qazanmaq hər bir müsəlmana vacibdir. Bu yolda səy etmək o qədər əhəmiyyətli mövzudur ki, Həzrət Peyğəmbər (s) buyurub: "Hə

Şayiə yayanlar üçün ağrılı əzab olacaq

Resim
  Şayiə yayanlar üçün ağrılı əzab olacaq "(Etiqad, danışıq və əməldə) bilmədiyin şeyin arxasınca getmə. Çünki qulaq, göz və ürəyin hər biri sorğu-suala tutulacaqdır (insandan onların işləri barədə və onlardan öz işləri barəsində soruşulacaqdır)". ("İsra" 36). Bu gün cəmiyyətdə ən çox rast gəldiyimiz bəlalardan biri də şayiə yaymaqdır. Bu bəla cəmiyyətə böyük ziyan vurur və insanların arasına nifaq salır. Şayiə yaymaq və yanlış məlumat çatdırmaq - xəbərin özü deyildir, çünki çox hissəsi yanlışdır. "Həqiqətən iman gətirənlərin arasında çirkin əməlin yayılmasını (birinin pis işinin faş olmasını və ya həmin pis əməlin cəmiyyətdə yayılmasını) sevənlər (və bu istiqamətdə fəaliyyət göstərənlər) üçün dünya və axirətdə ağrılı bir əzab vardır. Allah (onun pis nəticə və aqibətini) bilir, siz isə bilmirsiniz". ("Nur" 19). Bu ayə Mədinədə şayiə yayan münafiqlərə işarə etmişdir. Bu münafiqlər Peyğəmbər (s) ailəsini insanların gözündən salmaq üçün şayiə yayırdı

Abırı aparan, ömrü qısaldan, duaları həbs edən günahlar

Resim
Abırı aparan, ömrü qısaldan, duaları həbs edən günahlar   Yaxşı əməl insanın ürəyini və simasını nurlandırdığı halda, günah ürəyi qaraldar və başqalarının nifrətinə səbəb olar. İmam Sadiq (ə) ən şox mənfi təsir qoyan günahlara işarə etmiş və buyurmuşdur: "O günah ki, neməti dəyişdirər - başqalarının haqqına təcavüz etməkdir. Peşmanlıq gətirən günah - qətldir. O günah ki, giriftarlıq əmələ gətirər - zülmdür. O günah ki, abırı aparar - şərabxorluqdur. O günah ki, ruzinin qarşısını alar - zinadır. O günah ki, ölümü tezləşdirər - qohumlarla əlaqəni kəsməkdir. O günah ki, duaların qəbul olmasına mane olar - ata və anaya itaətsizlik etməkdir". Qətl. Peşmanlıq gətirən kəbirə günah - qətldir. İmam Səccad (ə) buyurur: "O günah ki, peşmanlıq gətirər, (onlardan biri) Allahın (öldürməsini) haram etdiyi insanı öldürməkdir". Allah Təala Qabilin qardaşını öldürmək macərasında buyurur: "Səhəri peşman halda etdi". Abırı aparan günahlar. Pərdəni kənara çəkən günahlar ibarət