Kayıtlar

Mayıs, 2021 tarihine ait yayınlar gösteriliyor

Əkizlər bürcü

Resim
  Əkizlər Tarix -  22 May - 21 İyun Element - Hava Xüsusiyyət - Dəyişkən Qiymətli Daşı - Əqiq Məşhurlar - J.Paul Sartre, Marilyn Monroe, Clint Eastwood, Che Guevera, John F. Kennedy, John Wayne, Thomas Mann Əkizlər ağıllı, intellektual, hərəkətli bir bürcdür. Həmişə yeni məlumat, xəbər və fikir alverində olmaq ehtiyacını duyar. Fikir və düşüncələrini başqalarıyla paylaşmaq istədiyindən, təklikdən heç xoşlanmaz və çalan bir telefon belə onu çox xoşbəxt edər. Başı işıq sürəti ilə çalışdığından bir çox fərqli məlumatı fərqli şəkillərdə bir araya gətirə bilərlər. Hər vaxt tərəfsizdir, yeni məlumatlarıda tərəfsiz olaraq dəyərləndirir və çox tez dəyişir. Hər şeyə asan adaptasiya ola bildiyi üçün bir çox mövzuda məsuliyyətlər alar və çox dağıldığı üçün də, işləri gecikməyə başlar. Bir mövzuya yoğunlaşa bilsə hər kəsin bir həftədə bitirə bildiyi işi o bir gündə bitirər. Zəka, ünsiyyət və gəncliyin planeti Merkurinin idarə etdiyi Əkizlər. Hava qrupuna aid olan və dəyişən xüsusiyyət daşıyan Əkiz

Buğa bürcü

Resim
  Buğa Tarix -  21 Aprel - 21 May Element - Torpaq Xüsusiyyət - Sabit Qiymətli Daşı - Zümrüd Məşhurlar - Kant, Salvador Dali, Karl Marks, Sigmund Freud, Kanuni Sultan Süleyman, Kraliçe II. Elizabeth, Lenin, Barbara Streisand, Evita Peron, Honore de Balzac, Johannes Brahms, Bertrand Russell, Shakespeare Torpaq bürcü olan Buğanın sabit qrupdan aldığı xüsusiyyətlər, onu qazandığını yığma, qorumağa və mal mülk sahibi olmağa istiqamətləndirir. Həssas təbiətə sahib Buğa qiymətli şeylərə sahib olmaq istər. Buğa bürcü başqalarının əşya və mal mülkünə də özününmüş kimi eyni məsuliyyətdə qoruyuculuq edə bilər. Təhlükəsizliklə əlaqəsi vardır və sığortaçılıq da Buğaya görədir. Səbirli olmaqla birlikdə əməklərinin nəticəsini bir an əvvəl görmək istər. Bəzi bürclər məşhur olmaq, hörmət görmək üçün çalışsa da Buğa bürcü üçün ən əhəmiyyətlisi əməklərinin qarşılığında nağd pul qazanmaqdır. Gözəllik, uyğunlaşma, sənət və sevgi planeti Veneranın idarə etdiyi Buğalar... Torpaq qrupudurlar və sabit xüsusiy

Qoç bürcü

Resim
  Qoç Tarix -  21 Mart - 20 Aprel Element - Atəş Xüsusiyyət - Lider Qiymətli Daşı - Almaz Məşhurlar - Adolf Hitler, Toskanini, Rafael, Qoyya, Haydn, Prosper Merime, Nelson, Descartes, Vincent Van Gogh, Johann Sebastian Bach, Charlie Chaplin, Marlon Brando, Fatih Sultan Mehmet Yazın uşaqları; Qoçlar. Atəş qrupuna aiddirlər və qabaqcıl xüsusiyyət daşıyırlar. Yazın bütün xüsusiyyətləri Qoçların təbiətlərində müşahidə edilə bilər. Yaz kimi həyəcanlı, qabaqcıl, həvəsli, yumşaq və sərtdirlər. Yazda bütün təbiət canlılar, duyğular, impulslar itiləşir. Eyni xüsusiyyətlər Qoçlarda da vardır. Atılqanlıq, cinsi enerji və döyüş tanrısı Mars planetinin idarə etdiyi Qoçlar tam da planetlərinin və mövsümlərinin xüsusiyyətlərini göstərərlər. Atılqan, həvəsli, lider və tələsəndirlər. Astrologiyada yeni il baharın və Qoç bürcünün başlanğıcı sayılan 21 Martda başlar. Zodiakın ilk bürcü olan Qoç bu səbəblə daim yeni başlanğıcları təmsil edər. Kiçik quzu macəraçı, şövqlü, hissiyyatlı, həvəsli və enerji dol

Bürclər haqqında qısa və ən lazımlı məlumatlar

  Bürclərin xasiyyəti, onların əlamətləri haqqında ən lazımlı məlumatları bilmək üçün 12 bürc haqqında qısa bilgiləri öyrənmək faydalıdır.Siz də bunları bilməlisiniz. Qoç bürcü (latınca Aries) • 21 mart – 20 aprel • Ünsürü – od • Rəmzi – qoyun • Rəngi – qırmızı • Himayəçi planeti – Mars • Aparıcı motivi – birincilik uğrunda mübarizə • Rəmzi görkəmi ilə insan başına uyğun gəlir. • Müsbət xüsusiyyətləri – enerjili, mətin, müstəqil, qabaqda gedən, güclüdür. • Mənfi xüsusiyyətləri – çılğın, tərs, özbaşına, özünəvurğun, nəyin bahasına olursa-olsun birinciliyə can atan və kobuddur. Buğa (latınca adı Taurus) • 22 aprel – 20 may • Ünsürü – torpaq • Rəmzi – öküz • Rəngi – mavi və al • Himayəçi planeti – Zöhrə (Venera) • Aparıcı motivi – qurmaq və qorumaq • Rəmzi görkəmi ilə insanın boyun–boğazını təsəvvürə gətirir. • Müsbət xüsusiyyətləri – mətin, şən, dəyişməz, sədaqətli, musiqi və incəsənət pərəstişkarı, düşüncəli, əməksevər, müstəqil və təmkinlidir. • Mənfi xüsusiyyətləri – zənginlik düşkünü

Müsahibədə yanlış cavab verdiyiniz 5 sual

Resim
  Hansı vəzifə tutmağa çalışdığınızın heç bir əhəmiyyəti yoxdur – müsahibədə sizə vaxtaşırı eyni suallar veriləcəkdir. Və bəzən onlara cavab vermək o qədər də asan olmur. Tipik səhvləri yadda saxlayın və onları aradan qaldırmaq üçün əlinizdən gələni edin. Özünüz haqqında danışın Ümumiyyətlə, bu sualdan sonra insanlar adətən həyatları haqqında danışmağa başlayırlar və özləri haqqında vacib hekayələri danışmaq fürsətini əldən verirlər. Belə bir xahiş eşitdikdə, təhsiliniz, əvvəlki iş yeriniz, hobbiniz və daha çox şeyin detallarını izah etməyə başlaya bilərsiniz. Lakin heç kim sizdən həyatınıza dair hesabat verməyinizi istəmir. Belə hekayə həmsöhbətə heç bir məqsədi olmayan bir şəxs olduğunuzu göstərir. Bunun əvəzinə özünüz haqqında çatdırmaq istədiyiniz ən vacib mesajı düşünün. Cavabınız bu fikrin mahiyyətini əks etdirməlidir. Məsələn, deyə bilərsiniz: “Mən ünsiyyətlə əlaqəli vəzifələrdə özünü yaxşı göstərmiş bir insanam” və ya “Məni rəhbərlik həvəsi təyin edir”. Unutmayın ki, təbliğ edə

Əmək haqqını necə razılaşdırmaq olar: qorxmayanlar üçün 10 tövsiyə

Resim
  İşəgötürən sizə iş təklifi etdikdə, adətən alacağınız əmək haqqı səviyyəsini də qeyd edir. Onun tutacağınız vəzifə, sahib olduğunuz təhsil, bacarıq, təcrübə və istedada uyğun olmadığını düşünürsünüzsə, daha böyük məbləğ barədə razılığa gəlmək üçün müzakirə apara bilərsiniz. Əmək haqqı (başlanğıcda) və gələcəkdə onun artırılması (iş yerində) barədə danışıqlar apara bilmək – karyeranız boyunca sizə daha çox qazanmağa kömək edəcək və gördüyünüz iş üçün ədalətli kompensasiya ödəyəcək dəyərli bacarıqdır. Lakin hər bir bacarıq kimi, uğurlu danışıqlar da müəyyən hazırlıq və təcrübə tələb edir. Budur sizə əmək haqqı səviyyəsinin müzakirəsinə hazırlaşmağa kömək edəcək 10 faydalı məsləhət. 1. Dəyərinizi müəyyənləşdirin Danışıqlara başlamazdan əvvəl işəgötürən üçün nə qədər dəyərli olduğunuzu başa düşməlisiniz. Nə qədər əmək haqqı alacağınıza təsir edən bir neçə amil var: - yaşayış yeri, - ümumi iş təcrübəsi, - rəhbər vəzifələrdə iş təcrübəsi, - təhsil səviyyəsi, - əvvəl tutduğunuz vəzifələrin

“Gündə 100-dən çox CV nəzərdən keçirirəm. İşaxtaranlara verə biləcəyim 15 tövsiyə”

Resim
  Sahibkar Yomna El-Serafi işaxtaranların “CV” yazarkən yol verdiyi tipik səhvlərdən bəhs etdi və onun tərtib edilməsinə dair bəzi tövsiyələr verdi. Əvvəla, “HR” sahəsində işləmədiyimi və bu barədə ixtisaslaşmış təhsilə sahib olmadığımı bildirmək istəyirəm. Tövsiyələrin hamısı şəxsi təcrübəmdən irəli gəlir. Şirkətimizin mövcud olduğu ilk ildə komandamız çox kiçik idi və startaplarda olduğu kimi, bir işçi eyni anda bir neçə vəzifəni yerinə yetirirdi. Yeni işçiləri özüm seçirdim – vakansiya elanlarını yerləşdirirdim, sonra isə “CV”lərə baxırdım. Budur ki, təcrübəmdən aldığım dərslər: 1. Müsahibə alan şəxsin vaxtı yoxdur Mən böyük korporasiyada deyil, kiçik startapda işləyirəm və yenə də gündə yüzlərlə “CV” qəbul edirəm. Bəzən onlara bir-bir baxırdım və daha üçünün gəldiyini görürdüm. Təsəvvür edin ki, böyük şirkətlər gündə nə qədər “CV” qəbul edirlər. Onların hamısını nəzərdən keçirmək çox çətindir. Bir “CV”yə orta hesabla 10 saniyə vaxt sərf edirdim. Bu müddət ərzində onu oxumağa davam

Dini mövzularda özünü aldatmağın 40 yolu

  Allahla qul arasına girilməz. Bəzi insanların ən sevdiyi ifadələrdən biri də "Allah ilə qul arasına girilməz" ifadəsidir. Bu ifadə məna etibarıyla doğrudur. Ancaq insanların bu ifadənin içərisini necə doldurduqlarını, ifadəyə hansı mənanı yüklədikləri qarşımızda başqa pəncərələr açır. Bəqərə surəsinin 256-cı ayəsində "Dində məcburiyyət yoxdur" deyilir. Şübhəsiz dində təzyiq yoxdur; Allah ilə qul arasında hər hansı bir vasitə də yoxdur. Quran, Allah ilə qul arasında hər cür vasitəni rədd etmiş və hər fürsətdə Allahın qula, qulun da Allaha olan yaxınlığını ifadə etmişdir. Ancaq bu anlayış insanların böyük əksəriyyətinin özünü aldatmaq üçün arxasına sığındığı bir hal alıb. Bu ifadə ilə nəzərdə tutulan "Mən istədiyim kimi inanar, istədiyim kimi yaşayaram" mənasına gəlir. Siz insanlara öyüd və nəsihət verərkən Allahın bu əmrini çeynəmək üçün deyil, əksinə insanalra xəbərdarlıq etmək və haqqı göstərmək əmrini yerinə yetirmiş olursunuz. Həqiqi imanlı insanın Al

Gec ailə quranlar niyə daha xoşbəxtdirlər?

Resim
  Sosial mühitin təzyiqinə görə ailə quranların sayı çoxalır. Beləliklə, insanlar ailə qurmaq üçün deyil, müvəqqəti hisslər və tək qalmaq qorxusu səbəbindən buna tələsirlər. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bu mövzuda aparılan araşdırmalar gec yaşda evlənənlərin daha xoşbəxt olduğunu söyləyib. Bəs bunun səbəbi nədir? Psixoloqlara görə, böyük bir əlaqə qura bilmək üçün, 6 prinsipə əsaslanmalıyıq. Bu 6 prinsipi qəbul etdiyimiz zaman evlənməyə hazır ola bilərik. 1. Sevgi fərdi inkişafa kömək edir Yetkin insanlar öz başlarının çarəsinə baxa bilər və sevgi də onlara güc verir. Yetkinliyin yaşla çox əlaqəsi olmasa da, mütəxəssislər yetkinliyə çatmağın bəzi təcrübələrin nəticəsi olduğunu deyirlər. Bu səbəblərdən gec evlənənlər, erkən yaşda evlənənlərlə müqayisədə münasibətlərdə daha sərbəst və xoşbəxtdirlər. 2. Sevgi fədakarlıq gətirir Öz-özünə bəs edən insan boşluqlarını başqasıı ilə doldurmağa çalışmır. Hətta, əksinə, əllərində olanları bölüşməyi sevirlər. Sevdiyi

Adlarınızın baş hərfi sevgi həyatınız haqda nə deyir?

 A — Sevginizdə romantizm mütləqiyyət təşkil etmir. Hərəkət, macəra lazımdı sizə. Səbir etmək sizlik deyil. Amma sözü üzə deyənsiniz. Qarşı cinsin sizə səbr etməsi vacibdir. B — Çox duyğulu və romantiksiniz. Şam işığında yemək, ay işığında gəzmək sizin üçün idealdır. Sevgiliniz sizə hədiyyə almağa məcburdur, çünki siz bu cür sürprizləri çox sevirsiniz. İradəniz çox qüvvətlidir, sevginizi ifadə etmək qabiliyyətiniz də həmçinin. C — Olduqca sosial bir insansınız. Sevgilinizin hər an yanınızda olmağıni istəyirsiniz. Hər şeydən qabaq özünüzü fikirləşirsiniz. Sizin üçün xasiyyət uyğunluğu çox vacibdir. Sədaqət isə sizin üçün hər şeydən üstündür. Uzun müddət davam edən sevgilərin adamısınız. Adlarınızın baş hərfi sevgi həyatınız haqda nə deyir? D — Siz hər şeyi böyük problemə çevirə bilmə qabiliyyətinə maliksiniz. Əgər birini çox bəyənirsinizsə, onu mütləq tanımalı və əldə etməlisiniz. Qeyri-mümkün olsa belə, sizi heç nə qərarınızdan döndərə bilməz. Kömək etməyi sevən bir insansınız. Sizin h

İradə haqqında anlayış

  İnsan öz həyat və fəaliyyəti zamanı müxtəlif hərəkət və işləri icra edir. Bunlardan bəziləri  qeyri-ixtiyari,  bəziləri isə  ixtiyari  şəkildə baş verir. Qeyri-ixtiyari hərəkətlər düşünülmüş, şüurlu şəkildə deyil, ya tamamilə dərk olunmayan və ya bir o qədər də dərk edilməyən təhriklərin təsiri altında baş verir. Bu cür hərəkətlər adətən impulsiv xarakter daşıyır. Onların dəqiq planı olmur. Psixologiyada qeyri-ixtiyari hərəkətlərə insanın qorxu, çaşqınlıq, heyrət, affekt halında olan və s. hərəkətləri aid edirlər. İxtiyari hərəkətlər isə məqsədlə bağlı, məqsədəyönəlmiş hərəkətlərdir.  Bu cür hərəkətləri yerinə yetirərkən insan öz məqsədini həyata keçirmək üçün lazım olan əməliyyatları əvvəlcədən təsəvvür edir. Bu cür hərəkətlər iradi xarakter daşıyır. Bu zaman insan qarşısına çıxan maneələri aradan qaldırmalı olur. Qarşıya qoyulmuş məqsədə nail olmaq üçün subyektin öz fəaliyyəti və davranışı zamanı rast gəldiyi çətinlikləri, maneələri aradan qaldırma prosesinə iradə deyilir. İradi iş