Sərhəddə nə baş verir? Müharibə yoxsa qərbin Türk birliyinin iclası üçün hazırladığı kokteyl?
Hər bir Azərbaycanlı kimi mənim də bu günlərdə yenədə diqqətimi Ermənistan ilə sərhəddə və Qarabağ ətrafındakı təxribat xarakterli məlumatlar cəlb edir. Əslində bir az düşünəndə baş verənlərin heç də təsadüfi,və yaxud da ki Ermənistan rəhbərliyinin hər hansısa planının bir hissəsi olmadığını görürük? Belə ki Ermənistan təhlükəsizlik şurasının iclasında rəsmən Azərbaycanın sovet dövründə olan ərazilərini tanıdığını bəyan edir, eyni zamanda isə baş verən təxribatlar və Müdafiə nazirliyinin başına gətirilən şəxsin heç normal hərbi xidmət belə keçməmiş birisinin olmasıdır. İndi çoxları deyəcək bəs bu demokratik qanundur? Lakin düşünün siz müharibə etmək istəyirsinizsə bəs nə üçün heç bir hərbi səriştəsi olmayan birini müdafiə naziri təyin edirsiniz? Əlbəttə ki əslində məsələ tam aydındır. Paşinyan nə Qərbin dollarlarından vaz keçə bilir, nə də ki Rusiyanın krişalığından. Eyni zamanda da Türkiyə və Azərbaycan ilə də əlaqələri normallaşdırmağa çalışır. Necə deyərlər bir əldə beş qarpız