Kayıtlar

Onlar aramızdadır – Ruhlarla bağlı şok faktlar Onlar aramızdadır – Ruhlarla bağlı şok faktlar

Resim
  Onlar aramızdadır –  Ruhlarla bağlı şok faktlar Ruhlar haqqında fikilər heç də birmənalı deyil. Belə ki, onların varlığına inananlar olsa  da, kifayət qədər bu anlayışa inanmayanlar da var. Bir qrup insanlar bu cür fikirləri absurd adlandır ır ,  ancaq  bu haqda müəyyən həqiqətlər öz təsdiqini tapıb. Təbii ki, yanaşmaların müxtəlif olması  normaldır . Bəs ruh nədir? O harada, nə işlə məşğul olur?  Ondan qorxmaq doğrudurmu? Belə bir deyim var: “Dirilərdən qorxmadıqdan sonra ölülərin heç bir təhlükəsi ola bilməz”.  Amma bəzi insanlar bu xəyalətlərdən qorxurlar, hətta onlarda bu varlıqlara qarşı müəyyən fobiya formalaşır. Mövzu ilə bağlı araşdırma apardıq. Araşdırmanın nəticəsi olaraq məlum oldu ki, əslində ruhlar heç də qorxulu varlıqlar deyillər. Onlar bir zamanlar insanların içində yaşamış, indi isə xəyal dünyası adlanan bir məkanda yaşamlarına davam edirlər. Düzdür pislik edən ruhlar da var. Amma bunlar ruh deyil, şeytan adlanır. Hər kəsin beynində belə bir sual var. Torpağa tapşırı

Türkiyənin sabiq prezidentinin ölümü ilə bağlı şok faktlar Türkiyənin sabiq prezidentinin ölümü ilə bağlı şok faktlar

Resim
Türkiyənin sabiq prezidentinin ölümü ilə bağlı şok faktlar   Türkiyənin səkkizinci prezidenti Turqut Özalın ölümü ilə bağlı şok açıqlamalar meydana gəlib. AZXEBER.COM-un məlumatına görə, tibb ekspertlərinin apardığı araşdımalardan sonra ölüm faktı ilə bağlı müəyyən çatışmazlıqların olduğu bildirilib.  Belə ki, Türkiyə qəzetində Arzu Yıldızın əldə etdiyi məlumatlarda bildirilir ki, Özalın ölümünə aid xəstəxana arxivinin aqibəti bəlli deyil. Ən maraqlı fakt budur ki, onun ölüm rapor t unu tibb universitetinin 5-ci, 6-cı kurs tələbələri təyin edib. Ölümlə bağlı ən qaranlıq məqam isə ölüm saatıdır. Belə ki, Turqut Özalın vəfat etdiyi saat 14.30 kimi göstərilsə də, radio və televiziyalarda bu daha erkən, yəni saat  11:15-də bildirilib. Bu saat isə onun sadəcə xəstəxanaya ağır vəziyyətdə giriş etdiyi vaxtdır.  Amma burada da qaranlıq məqam özünü gizlətmir. Belə ki, xəstəxanaya 11 : 15 -də  daxil olan dövlət başçısı daha sonra qan analizi versə də, sənədlərdə qan analizi verilən saat 10 : 50-

Dünyanı gözləyən təhlükəli virus Dünyanı gözləyən təhlükəli virus

Resim
  Dünyanı gözləyən təhlükəli virus Milli.Az Descopera-ya istinadən bildirir ki, "Pandoravirus salinus" virusu Çili sahillərində, "Pandoravirus dulcis" isə Avstraliyanın Melburn şəhərinin yaxınlığındakı bir gölün sahilində tapılıb.  "Pandora virus"ları adlanan bu ölümcül bəlaların hər biri 2500 genə malikdir. Halbuki "donuz qripi" və ya HİV/QİÇS viruslarının hər birində 10 gen var.  Alimlərin dediklərinə görə, yeni aşkarlanmış nəhəng viruslar başqa viruslarla müqayisədə də çox fərqlidir. Belə ki, "Pandora" viruslarının tərkibində proteinlərin 93 %-i başqa virusların genomunda yoxdur. Science jurnalında dərc olunmuş hesabatda bildirilir ki, viruslar hələlik təhlükəli sayılmasa da, onlar araşdırılmadığından ölümcül təhlükə kəsb etmədiklərini söyləmək çox çətindir.  İndiyədək kəşf edilmiş ən böyük viruslar 1992-ci ildə Britaniyada aşkarlanmış "Mimivirus" və 2011-ci ildə Çilinin Las Kruz sahillərində tapılmış "Meqavirus"

Xoşbəxtliyin yaşı tapıldı Xoşbəxtliyin yaşı tapıldı

Resim
  Xoşbəxtliyin yaşı tapıldı Xoşbəxtliyin yaşı müəyyən olundu. AZXEBER.COM-un məlumatına görə, Londonda yerləşən Araşdırmalar Mərkəzininin elm adamlarının apardığı araşdırma nəticəsində ən xoşbəxt yaş həddi müəyyən olunub. Belə ki, 23, 69 yaşlarında olan insanlar dünyanın ən xoşbəxt insanları hesab edilir.  Buna səbəb isə bu yaşda olan insanların gələcəkdən gözləntilərinin digər yaşlarla müqayisədə az olmalıdır. Bu da onların özlərini xoşbəxt hiss etmələri ilə nəticələnir. Ekspertlərin fikrincə, 69 yaşı olmuş insanlar yalnız istirahət, nəvələrin həyatı ilə ömür keçirtməyi seçirlər ki, bu da ömür boyu yığılmış stressin azalmasına, insanda özünü xoşbəxt hiss etməyi üçün səbəblər yaradır. Digər yaş kateqoriyalarından olan şəxslər isə daim nəsə yaratmaq, nələrsə qazanmaq üçün çalışırlar ki, bu da onlarda hələ ki xoşbəxtliyi əldə etmədikləri kimi fikirlər formalaşdırır. 

Dünyanın ən xeyirli içkisi haqqında bilmədiyiniz hər şey - ARAŞDIRMA Dünyanın ən xeyirli içkisi haqqında bilmədiyiniz hər şey - ARAŞDIRMA

Resim
  Dünyanın ən xeyirli içkisi haqqında bilmədiyiniz hər şey -  ARAŞDIRMA Süd   içməyin  faydaları Süd dünyanın ən sağlam içki növləri siyahısında illərdir birinci yeri qoruyub saxlayır. İnsan övladı nə az, nə çox məhz 5000 ildir süddən istifadə edir. Bu içkinin tərkibi bol kalsium, fosfor, sink, A, B, D, E və K vitaminlərindən ibarətdir ki, bu da sümüklərdə, dişlərdə, dırnaqlarda möhkəmlik yaratmaqla yanaşı, həm də qocalmanı ləngidir. Bu içkidən hər gün daimi olaraq istifadə edən insanlarda qan damarları və əzələlər normal tənzimlənir. Bəzən südü uşaq qidası kimi qəbul edirlər.  Amma südün istifadəsi hər yaşdan olan insanlar üçün mütləqdir. İnsan bədəninin ən böyük ehtiyacı məhz kalsiumadır. Bədəndə kalsium çatışmazlığı olduqda bütün əs k ikliklər meydana gəlir. Belə ki, diş tökülmələri, sümük əyrilikləri, sümük sınıqları, dırnaq qırıqları məhz kalsiumun miqdarının az olmasından meydana gələn problemlərdəndir. Vücudumuzda olan kalsiumun 99 % -i  sümüklər və dişlərimizdədir. Kalsium təkc

Bu uşaq 5 ildir ki, qardaşını qarnında daşıyır - VİDEO Bu uşaq 5 ildir ki, qardaşını qarnında daşıyır

Resim
  Bu uşaq 5 ildir ki, qardaşını qarnında daşıyır  Hindistanda dörd qolu, dörd ayağı olan uşaq hər kəsin diqqətinə səbəb olub. AZXEBER.COM-un məlumatına görə, uşağın anası övladını dünyaya gətirmək üçün nə az, nə çox məhz 5 gün əziyyət çəkib.  Sonda həkimlərin köməyi ilə övladını dünyaya gətirə bilib. Həkimlər onun əkiz qardaşının tam formalaşmadığı üçün onun yarı hissəsinin qarnına bitişik halda qaldığını bildiriblər. Balaca uşaq isə qarın nahiyəsində əlavə hissənin olmasından heç bir narahatlıq hissi keçirtmir. O öz yaşıdları kimi çimərliyə gedir, gəzir və əylənir. Valideynləri yaxın zaman ərzində onun əməliyyat olunmasını istəyirlər.

Əxlaqsız şəhərin daşa dönən əhalisi - FOTOLAR Əxlaqsız şəhərin daşa dönən əhalisi - FOTOLAR

Resim
  Əxlaqsız şəhərin daşa dönən əhalisi -  FOTOLAR D ünya tarixinin ən qeyri-adi hadisələrindən biri Pompey şəhəri ilə bağlıdır. 1942 il bundan əvvəl, yəni 79-cu ildə püskürən Vezuvi vulkanı bütün şəhəri yerlə yeksan edib. Pompeyin 16 min nəfərlik əhalisi qaynar lavanın altında qalaraq həlak olub. Lava soyuduqdan sonra insanların daşlaşmış heykəlləri qorxunc mənzərə yaradıb. İnanclara görə isə, şəhərin belə bəlaya tuş gəlməsinin səbəbi orada əxlaqsızlığın baş alıb getməsi olub. Bu səbəbdən Tanrı bu şəhəri lənətləyib. Belə ki, İmperator Kaliqula öz bacısı ilə sevgili olub. Şəhər əhalisi isə əxlaqsızlığa meyilli olub. Şəhərin 4 bir tərəfində yayılan fahişəxanaları asan tapmaq üçün penis şəkillərindən istifadə olunub. Şəhər əhalisinin 30 %-i isə homoseksual olub.

Saat necə yaranıb? - VİDEO Saat necə yaranıb? - VİDEO

Resim
  Saat necə yaranıb? -  VİDEO Saat, gün ərzində insanların ən çox baxdıqları, özləri də bilmədən həyatlarının bir parçasına çevrilən əşya. Bəs saata baxanda onun necə yaranması, hansı mərhələrdən keçməsi haqqında kim düşünür? Qədim dövrlərdən vaxtı ölçmək istəyən xalqlar müxtəlif üsullardan istifadə ediblər. Belə üsullardan birincisi günəş işığı ilə vaxtın ölçülməsidir. İlk günəş saatını isə Misirlilər düzəldib. Onlar Günəşin hər gün müntəzəm bir hərəkətlə doğmasını, müəyyən vaxtlarda göy üzünün eyni nöqtələrində olmasını, sonra batmasını müşahidə edərək ən qədim saatı kəşf ediblər. Misirlilər həmin saatı meydanın yüksək bir yerində qoyublar və günəşin hərəkəti əsnasında bu daşın kölgəsini izləməklə vaxtı ölçüblər. Bununla yanaşı, saat əqrəbinin sağa hərəkət etməsi də buradan yaranıb. Belə ki, Misir Yer planetinin şimal yarımkürəsində, ekvator xəttinə yaxın yerləşən ölkədir və Günəş çıxanda qədim misirlilərin düzəltdikləri saatda kölgə dərhal qərbdə meydana gəlir, Günəş yüksəldikcə köl

Kişilər evlənməkdən niyə qorxurlar? Kişilər evlənməkdən niyə qorxurlar?

Resim
  Kişilər evlənməkdən niyə qorxurlar? Kişilər evlilikdən nə üçün qorxurlar? Alınan nəticələri isə oxucularımıza təqdim edirik. 1.Sərbəstliklərini itirəcəklərini düşünürlər.Evlilikdən söz düşdükdə kişilərin ilk ağlına gələn şey sərbəstliklərini itirdikləri və evə bağlanacaqları fikirləridir. Onlar düşünürlər ki, subay həyatlarındakı vərdişlərini evlilik zamanı davam etdirə bilməyəcəklər. Məhz buna görədə evlilikdən çəkinirlər.2. Həyat tərzlərini dəyişdirmək istəmirlər.Evlilik yolundakı iki nömrəli düşmən həyat tərzidir. Güclü cinsin nümayəndələri geyim tərzi, alışqanlıqları və hətta ev düzənlərini bilə dəyişəcəklərini fikirləşəndə evliliyə yanaşmaq istəmirlər.3. Ananızı sevməyə bilər.Səhv oxumadınız! Kişilərin çoxu qaynanalarını sevmirlər. “Anam bunu dedi, anam belə elədi” kimi cümlələr kişiləri uzaqlaşdırır.4. Məsuliyyətdən qorxurlar.Sadəcə özlərindən məsuliyyətli olmaq bir kişi üçün əvəzedilməz bir duyğudur. İstədiyi vaxt axırıncı qəpiklərinə qədər xərcləyib ürəkləri istədiklərində is

İşdən qovulmaq istəmirsinizsə bunları etməyin İşdən qovulmaq istəmirsinizsə bunları etməyin

Resim
  İşdən qovulmaq istəmirsinizsə bunları etməyin "Forbes" jurnalı işi itirməyə səbəb ola bilən 14 vərdişin siyahısını tərtib edib. İlk yeri bu günün işini sabaha saxlamaq vərdişi tutur. 2-ci yerdə yalan danışmaq, 3-cü yerdə pessimist olmaq durur. Daha sonra işə gecikmək, elektron poçtunuzu gec-gec yoxlamaq, sosial şəbəkə bağlılığı, bədən dilindən düzgün istifadə etməmək, diqqətsizlik, pis danışıq qabiliyyəti, “yalnız canavar” sindromu- təkliyə meyllilik, tez özündən çıxmaq, məsuliyyətsizlik, mədəniyyətsizlik.Əgər işdən qovulmaq istəmirsiznizsə bu vərdişləri unudun.

Ən seksual bürc hansıdır? Ən seksual bürc hansıdır?

Resim
  Ən seksual bürc hansıdır? Bürclərə görə kişilərin sevgi anlayışları… Hər bürcün özünəməxsus xüsusiyyətləri var. Fərqli xüsusiyyətlərə, zövqə, düşüncəyə sahib olurlar. Kişilərin bürcünə görə sevgi və məhəbbət anlayışı isə belədir: Qoç bürcü – Onlar qüsursuz qadın axtarır. Qoç kişisinə təsir etmək hər qadının bacardığı iş deyil. Qoç kişisini əlinizdə saxlamaq istəyirsinizsə, mütləq mükəmməl olmalısınız. Onun diqqətini hər zaman çəkə bilməlisiniz. Qoç kişiləri qadının hər sahədə digər qadınlardan üstün olmasını arzulayır. Həyat yoldaşının hamı tərəfindən bəyənilməsini, təriflənməsini və özünə yaraşan biri olmasını istəyir. Qoç kişilərinin çox sadiq olduğunu deyə bilmərik. Lakin mükəmməl qadın axtarışı hər zaman aktivdir. Ən mükəmməlini tapdığı zaman da xəyanət qaçılmaz ola bilər. Sevdiyi qadına edə bilməyəcəyi sözlər vermir. Buğa bürcü - Ailə qurmaq üçün ən yaxşı hansı kişinin olduğunu düşünürsünüzsə, buğalar ən favori kişilərin siyahısında başda dayanır. Lakin onları evlilik masasına o

Payız depressiyasından necə qurtulmalı? Payız depressiyasından necə qurtulmalı?

Resim
  Payız depressiyasından necə qurtulmalı?  şüalarının daha az olduğu payız, qış ayları insanlar arasında depressiv duyğuların artmasına səbəb olur  Hər kəsə məlumdur ki, yay fəsli insanların gündəlik təkrarlanan işlərinin azaldığı, təbiətin təzələndiyi , uzun iş rejimindən sıxılan insanların tətilə çıxdığı fəsildir. Bu fəsildə yaşanan bütün bu canlanmaya qarşı payız və qış aylarında tam tərsinə bir dövr yaşanır. Gündüzlər qısalır, havalar dəyişməyə başlayır, günəş üzünü daha az göstərir və hətta təbiətin rəngi belə dəyişir. Xəzəl fəsli olaraq da bilinən bu fəsil stressə meyli olan insanlarda depressiyanın ortaya çıxmasına səbəb ola bilir. Depressiv hiss vəziyyəti, qayğı və narahatlıq ümumiyyətlə qadınlarda daha tez görüldüyündən, payız depressiyası da kişilərə nisbətən qadınlara daha çox təsir edir. Ümumiyyətlə, depressiya nədir və ondan qurtulmaq üçün nə etmək lazımdır?  Depressiya nədir?  Psixoloq  Hüseyn Xəlilov  qəzetimizə açıqlamasında depressiyanın yaranma səbəbləri və bu xəstəli

Evli olan kişilərin başqa qadınla cinsi münasibətdə olması günahdırmı? – İlahiyyatçı cavablandırır Evli olan kişilərin başqa qadınla cinsi münasibətdə olması günahdırmı? – İlahiyyatçı cavablandırır

Resim
  Evli olan kişilərin başqa qadınla cinsi münasibətdə olması günahdırmı? –  İlahiyyatçı cavablandırır Bu gün insanları düşündürən əsas suallardan biri də “Azərbaycanda ailənin qurulması üçün kəbin yoxsa nikah daha vacibdir?”, “Heç bir nigah olmadan bir kişi və qadının bir yerdə yaşamasına İslamda münasibət necədir?”, “Evli olan kişilərin başqa qadınla münasibətdə olması günahdırmı?” suallarıdır. Bu suallarla bağlı  AZXEBER.COM -a danışan  ilahiyyatçı   Elşad Miri  ilk növbədə kəbini olmayan amma rəsmi nigahı olan cütlüklərlə bağlı sualı cavablandırıb: “Əgər hər iki tərəfin ailəsinin razılığı varsa, mülkiyyət haqqı tapdalanmırsa və ortada hər iki tərəfin razılığı varsa bu zaman İslam rəsmi nigahın əleyhinə olmur. Ümumiyyətlə, dini istilahda kəbin belə ifadə edilir: "Evlənmələri qadağan olmayan bir oğlanla bir qızın arasında bağlanan, müştərək həyat və nəsli davam etdirmək üçün bir əlaqə meydana gətirən müqavilədir".  Kəbində hər iki cinsin bir-birinin imkanlarından istifadəetm

DƏHŞƏT:- İnsanlar qazanlarda bişirilir- FOTOLAR DƏHŞƏT:- İnsanlar qazanlarda bişirilir- FOTOLAR

Resim
  DƏHŞƏT:-  İnsanlar qazanlarda bişirilir- FOTOLAR Banqkokdan 90 dəqiqəlik məsafədə yerləşən “Vang Saen Suk” adlı məkan Buddistlərin təsəvvür ündəki cəhənnəmin təsvir edildiyi heykəllərlə dolu qorxunc bir yerdir. Vang Saen Suk hər il minlərlə turisti qəbul edir. Görənlərin qanını donduran heykəllər günahlarına uyğun olaraq cəzalandırılan insanları təsvir edir. Girişində asılı olan “Cəhənnəmə Xoş Gəlmisiniz” yazısından sonra ziyarətçilər mis qazanlarda qaynayan, cəhənnəm itləri tərəfindən parçalanan və sümükləri sayılacaq qədər arıqlamış günahkarların heykəlləri ilə qarşılaşır. Traibhumi Phra Ruanga görə, bir Buddist öləndə yaxşılıqları və pisliklərinin qeydini aparan 4 ilahi varlığın qarşısına çıxarılır. Yaxşılıqları çox olan cənnətə, pislikləri çox olan isə cəzalandırılmaq üçün cəhənnəmə göndərilir. Buddist cəhənnəmindəki cəzalar işgəncə formasında olur. Bu işgəncələrin çoxu Vang Saen Sukun bağçalarında görünür.