Şeytan kimdir? Vəsvəsəni necə edir?
Şeytan kimdir? Vəsvəsəni necə edir? Müqəddəs Quranın bir çox ayələrində şeytanın (lən) ardıcılı olmaq - əxlaqsızlığın simvolu kimi tanıdılmışdır. İnsanın qarşısında həmişə iki yol olar: Allahın və şeytanın (lən). Qurani-Kərimdə Uca Allah buyurur: "Və: "Yalnız Mənə ibadət edin ki, bu, düz yoldur!". Şübhəsiz, (şeytan) sizin içinizdən bir çox dəstələrı azdırdı, heç düşünmürdünüzmü?!". ("Yasin" 61-62). Bəziləri belə güman edir ki, şeytan - əmmarə nəfsidir. Halbuki, Quran şeytanı müstəqil bir varlıq kimi tanıdır ki, cin tayfasından xəlq edilmişdir. (Tebyan) Bəzən şeytan dedikdə, şər insanlar da nəzərdə tutulur. "Ey Adəm övladları, məbada şeytan ata və ananızı cənnətdən çıxartdığı - belə ki, ayıb yerlərini özlərinə göstərmək üçün libaslarını əyinlərindən çıxardığı - kimi sizi (də) aldatsın və azdırsın! Şübhəsiz, o və onun qəbiləsi sizi, sizin onları görə bilmədiyiniz yerdən görürlər. (O bəşəri gözlə görünməyən mələk və ruh kimi lətif bir yerdir). Əlbəttə,