Bütün varlıqları Allah yaratdı, elə isə Allahı kim yaratdı?
Bütün varlıqları Allah yaratdı, elə isə Allahı kim yaratdı? Zamanımızda saf zehinləri bulandırmaq, körpə beyinləri zay etmək üçün ortaya atılan suallardan biri də "Bu məxluqatı Allah yaratdı, yaxşı Allahı - əstağfirullah - kim yaratdı?" sualıdır. Eyni sual müşriklər tərəfindən şəxsən Peyğəbər Əfəndimizə (s.ə.s.) verilmiş və bu sual üçün Cəbrayıl (ə.s.), Allahu Azimüşşandan İxlas Surəsini cavab olaraq gətirmişdir. Bu surə ilə şirkin bütün növləri kökündən kəsilib atılır, tövhidin bütün mərtəbələri ən gözəl bir şəkildə izah edilir. Rəsulullah (s.ə.s.) Əfəndimiz də bu sualı soruşan insanlara yenə İxlas Surəsi ilə cavab verilməsini buyurmuşdur. (1) Biz də Rəsullaha (s.ə.s.) tabe olaraq bu suala İxlas Surəsi ilə cavab verəcəyik. Cənabı Haqq İxlas surəsində özünü qullarına belə bildirməkdədir: (Ya Peyğəmbər! Allahın zatı və sifətləri haqqında səndən soruşan müşriklərə) de: "(Mənim Rəbbim olan) O Allah birdir (heç bir şəriki yoxdur); Allah (heç kəsə, heç nəyə) möhtac deyildir