Kayıtlar

Sərhəddə nə baş verir? Müharibə yoxsa qərbin Türk birliyinin iclası üçün hazırladığı kokteyl?

Resim
    Hər bir Azərbaycanlı kimi mənim də bu günlərdə yenədə diqqətimi Ermənistan ilə sərhəddə və Qarabağ ətrafındakı təxribat xarakterli məlumatlar cəlb edir. Əslində bir az düşünəndə baş verənlərin heç də təsadüfi,və yaxud da ki Ermənistan rəhbərliyinin hər hansısa planının bir hissəsi olmadığını görürük? Belə ki Ermənistan təhlükəsizlik şurasının iclasında rəsmən Azərbaycanın sovet dövründə olan ərazilərini tanıdığını bəyan edir, eyni zamanda isə baş verən təxribatlar və Müdafiə nazirliyinin başına gətirilən şəxsin heç normal hərbi xidmət belə keçməmiş birisinin olmasıdır. İndi çoxları deyəcək bəs bu demokratik qanundur? Lakin düşünün siz müharibə etmək istəyirsinizsə bəs nə üçün  heç bir hərbi səriştəsi olmayan birini müdafiə naziri təyin edirsiniz? Əlbəttə ki əslində məsələ tam aydındır. Paşinyan nə Qərbin dollarlarından vaz keçə bilir, nə də ki Rusiyanın krişalığından.  Eyni zamanda da Türkiyə və Azərbaycan ilə də əlaqələri normallaşdırmağa çalışır. Necə deyərlər bir əldə beş qarpız

Information about provocations of the Armenian armed forces

Resim
 Ermənistan silahlı qüvvələrinin təxribatları barədə məlumat Ermənistan silahlı qüvvələrinin bölmələri noyabrın 13-ü axşam saatlarından etibarən noyabrın 14-ü səhər saatlarınadək Basarkeçər rayonunun Yuxarı Şorca, Zərkənd, Əzizli və Cermuk yaşayış məntəqələrində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Zəylik, Yellicə və İstisu yaşayış məntəqələrində yerləşən Azərbaycan Ordusunun mövqelərini snayper tüfəngi, qumbaraatan və müxtəlif çaplı atıcı silahlardan istifadə etməklə heç bir səbəb olmadan fasilələrlə intensiv atəşə tutub.  Eyni zamanda, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisindəki  qanunsuz erməni silahlı dəstələri Muxtarkənd yaşayış məntəqəsi tərəfdən bölmələrimizin mövqelərini müxtəlif çaplı silahlardan istifadə etməklə heç bir səbəb olmadan fasilələrlə intensiv atəşə tutub.  Qarşı tərəfin təxribatlarının, həmçinin döyüş mövqelərinin gücləndirilməsi məqsədilə apardıqları mühəndis işlərinin qarşısını almaq məqsədilə Azərbaycan Ordusunun bölmələri t

Şeytan insanları haqq yoldan azdırmaq üçün hansı üsullardan istifadə edir?

Resim
  Şeytanın oyunları Şeytan insanları haqq yoldan azdırmaq üçün hansı üsullardan istifadə edir? Şeytanın əsas məqsədi insanları Allahın yolundan uzaqlaşdırmaq, günahlara təşviq etməkdir. O, bu məqsədinə çatmaq üçün müxtəlif üsullardan istifadə edir. Onun əsas üsullarından biri Cəhənnəmə getməyə səbəb olacaq böyük günahları insana kiçik göstərməkdir. Böyük İslam alimlərindən biri şeytanın insan üçün necə böyük təhlükə olduğunu bu sözlərlə dilə gətirir: "Diqqətli ol, (addımını) diqqətlə at, batmaqdan qorx. Bir loğma, bir kəlmə, bir qığılcım, bir işarə və bir öpməklə batma!" Təbii ki, bunların sayını artırmaqaq da olar. Məsələn, başqasını xor görmək, kimisə qınamaq, jest və mimikalarla həmsöhbətin səviyyəsizliyinə eyham vurmaq və bənzər davranışlar bəzi insanlara görə, əhəmiyyətsiz sayıla bilər. Ancaq Uca Allah dərgahında bu cür əməllər heç də kiçik sayılmır. Ən təhlükəli şeylər də elə kiçik görünən əməllərdir. Bəzən bir əqrəb kobradan daha təhlükəli ola bilər. Yəni gəlişi, səs-s

Türk şurasının adı dəyişdirilərək Türk dili dövlətlər birliyi adlanması nə deməkdir?

Resim
  Bismillahi Rəhmani Rəhim. Türk şurasının adı dəyişdirilərək Türk dövlətləri birliyi adlanması nə deməkdir? Artıq bir addım daha yaxınlaşırıq Turan birliyinin qurulmasına. Xeyirli uğurlu olsun, yeni üzv olan Türkmənistanın ayağı düşərli olsun. Necə böyük türk dünyasının lideri cənab Rəcəb Tayyib Ərdoğanın dediyi kimi növbəti ildə Şimali Kipr Türk respublikasınıda birliyin üzvü olaraq görmək arzusu ilə. Şərqi Türküstandan başlayıb, qərbdə Kipr ilə bitən birlik olması arzusu ilə. Sözdə yox əməldə birlikdə olmaq arzusu ilə. İlk iclası xeyirli olsun Turan birliyinin. O birlik əsası Azərbaycanda qoyuldu. O birlik ki, inkişaf yolu Azərbaycanda keçdi. O birlik ki, ümüd şamları, çin olan arzuları Azərbaycanda yarandı. Bu gün sözün əsl mənasında Azərbaycanlı olduğum üçün xoşbəxtəm. Bu gün fəxrlə deyə bilərik hər birimiz nə yaxşı ki Azərbaycanlıyam. Məs bu gün həm də Azərbaycan prezidenti İlham Əliyevin timsalında bütün Azərbaycan xalqına türk dünyasının medalı təqdim edildi. Xatırlayırsınızsa

Türk şurasının adı dəyişdirilərək Türk dövlətləri birliyi adlanması nə deməkdir?

Resim
 

Ey iman gətirənlər! Cümə günü namaza çağırıldığınız zaman Allahı zikr etməyə tələsin və alış-verişi buraxın. Bilsəniz, bu sizin üçün nə qədər xeyirlidir!

Resim
  Ey iman gətirənlər! Cümə günü namaza çağırıldığınız zaman Allahı zikr etməyə tələsin və alış-verişi buraxın. Bilsəniz, bu sizin üçün nə qədər xeyirlidir!.  Cümə günü və cümə namazına müqəddəs kitabımız olan Quran'i Kərim də də uca Allah tərəfindən xüsusi surə və məxsusi namazı üçün xüsusi ayə vardır. Hətta uca Allah buyurur ki aclıq və qıtlıq dönəmində belə cümə namazı zamanı ərzaq gələrsə belə ərzaq almağa deyil namazı qılmağa tələsmək və getmək lazımdır. Cümə namazı həm də onun üçün vacib buyurulmuşdur ki, sorğu sual günü uca Allah insanlardan ilk soruşduğu söz sizin məni zikr etdiyinizi sizlərdən kim mənə şahidlik edə bilər. Digər bir ayədə isə uca Allah belə buyurur. Əgər bir kimsə sizinlə birlikdə namaz qılmaq Allahı zikr edirsə o insanın o əməlinə şahidlik etməkdən heç zaman çəkinməyin. Çünki sizlərin şahidliyiniz onların nicatı ola bilər. Onun üçün də heç olmasa bir dəfə də varsa sənin namaz qılmağa şahidlik edəcək bir kimsələrin olması üçün cümə namazlarına gəlin. Nə qədə

Hər biri bir el misalı olanlar.

Resim
   Hər biri bir el misalı olanlar rublikasının ilk qəhrəmanı Miskil təxəllüslü, ilk Müqəddəs Georgi ordenli cəmi 55 il yaşamış general və yazıçı İsmayıl Bəy Qutqaşınlıdır.  O 1806-cı ildə anadan olmuşdur İsmayıl Bəy. Cəmi 12 yaşı olarkən Sanki Peterburqda hərbi məktəbə daxil olmuş, 16 yaşında isə yəni 1822- ci ildə oranı bitirmişdir. Sonra Rus ordusunda əsgər kimi fəaliyyətə başlayan İsmayıl Bəy əsgərdən general mayor rütbəsinə qədər yüksəlmişdir. O cəmi 55 yaşında 1861ci ildə vəfat etmişdir.  İndi deyəcəklər ki bəs İsmayıl Bəy hara mövzu hara?  İndi çox insan aludəçisi olduğu pis vərdişlərdən həmişə özünü deyil də düşdüyü mühiti sorumlu tutur. Ancaq yuxarıda da qeyd etdiyim kimi İsmayıl Bəy cəmi 12yaşında ikən çar hərbi məktəbinə daxil olmuşdur. O gündən sonra ömrünün böyük hissəsini çar ordusunda xidmət etmək ilə keçirmişdir. Lakin nə qədər çar ordusunda xidmət etsədə yenə İsmayıl Bəy öz dinini unutmayaraq. Əsl müsəlman kimi ömür sürmüşdür.  Deyilənə görə hətta çar özü ona dəfələrlə

Zəfərə gedən yol, və zəfər günü.

Resim
  8 noyabr Azərbaycan tarixində zəfər günü kimi həkk olunub.  Bəs nədir zəfər günü? Zəfər bu xalqın iki əsrlik əsarət zəncirinin qırılması idi. Zəfər bu xalqın iki əsrdən bəri ilk birliyi idi. Zəfər bu xalqın iki əsrlik arzusu idi. Zəfər bu xalqın gələcəyə ötürmədiyi utancı idi. Zəfər bu xalqın dəf etdiyi qorxuları idi. Zəfər bu xalqın dünyaya hələdə bir xalq kimi varlığının sübutu indir. Zəfər İslam və türk dünyasının yenidən yanan sönmüş ümüdləri idi. Bəli sönmüş ümüdlər. Hansı ki şərqi Türküstandada, Özbəkistandada, Qırğızıstanda da ümüd şanslarını yandırdı. Bu zəfər 30 il ərzində barışmayan iki türk xalqını Özbəklər ilə Qırğızları barışdırıcı. Bu zəfər 30 il ərzində ilk dəfə olaraq iki türk liderin öz aralarında Rus dili ilə deyil öz ana Türk dili ilə danışmasına rəvac verdi. Bu zəfər Uyğurların azadlıq simvolu oldu. Bu zəfər Qazaxların milli kökə qayıdış simvolu oldu. Bu zəfər Turanın sözdə deyil əməldə qurucusu oldu. Bu zəfər Əfqanıstanda 50 illik azadlıq mübarizəsinin qələbəsi o

Şeytan kimdir? Vəsvəsəni necə edir?

Resim
  Şeytan kimdir? Vəsvəsəni necə edir? Müqəddəs Quranın bir çox ayələrində şeytanın (lən) ardıcılı olmaq - əxlaqsızlığın simvolu kimi tanıdılmışdır. İnsanın qarşısında həmişə iki yol olar: Allahın və şeytanın (lən). Qurani-Kərimdə Uca Allah buyurur: "Və: "Yalnız Mənə ibadət edin ki, bu, düz yoldur!". Şübhəsiz, (şeytan) sizin içinizdən bir çox dəstələrı azdırdı, heç düşünmürdünüzmü?!". ("Yasin" 61-62). Bəziləri belə güman edir ki, şeytan - əmmarə nəfsidir. Halbuki, Quran şeytanı müstəqil bir varlıq kimi tanıdır ki, cin tayfasından xəlq edilmişdir. (Tebyan) Bəzən şeytan dedikdə, şər insanlar da nəzərdə tutulur. "Ey Adəm övladları, məbada şeytan ata və ananızı cənnətdən çıxartdığı - belə ki, ayıb yerlərini özlərinə göstərmək üçün libaslarını əyinlərindən çıxardığı - kimi sizi (də) aldatsın və azdırsın! Şübhəsiz, o və onun qəbiləsi sizi, sizin onları görə bilmədiyiniz yerdən görürlər. (O bəşəri gözlə görünməyən mələk və ruh kimi lətif bir yerdir). Əlbəttə,

Həyat yoldaşınızı nə qədər başa düşürsünüz? - ARAŞDIRMA

Resim
  Həyat yoldaşınızı nə qədər başa düşürsünüz? - ARAŞDIRMA Müştərək ailə həyatının məharətlərindən biri də həyat yoldaşlarının bir-biri ilə düzgün ünsiyyət qura bilməsidir. Bu məharət sadə görünsə də, ağacın budağına bənzəyir ki, ondan başqa budaqlar da şaxələnər. Bu məharət sayəsində həyat yoldaşları arasında simpatiya və etibar etmək hissi meydana gələr. Əgər siz həyat yoldaşınızla dürüst olmaq istəyirsinizsə, gərək onunla düzgün rabitə qurmağı bacarasınız. Bu məharət isə bir-birini yaxşı eşitməkdən başqa bir şey deyildir. Əslində bir-birinə yaxşı və diqqətlə qulaq asmaq - həyat yoldaşları arasında ülfət yaradar. Ünsiyyət ona görə etibar hissini gücləndirir ki, insan özünü həyat yoldaşının yerinə qoyur və onun baxışı ilə həmin şəraiti görməyə çalışır. Ona fikrini elə çatdırır ki, qarşı tərəfin nəzərinə görə düzgün və dürüstcəsinədir. Ərlə-arvad arasında olan ünsiyyət simpatiya hissini gücləndirər, yəni həyat yoldaşının bəyan etdiklərini təcəssüm etdirir və bəzən də onu öz varlığınızda

Maraqlı gəldi

Resim
 

Telefon nömrələrinin magiyası

Resim
  Telefon alarkən, onun nömrəsini seçmək daha uzun sürür. Gözəl və yadda qalan, eyni zamanda uğurlu bir nömrəyə sahib olmaq hamımızın ürəyindən keçir. Numerologiya (rəqəmlər haqqında xüsusi əbcəd elmi) bizim gündəlik “sirdaşımız” olan telefondan da yan keçməyib. Amma çoxumuz onu da bilmirik ki, təsadüfən və ya bilərəkdən seçdiyimiz nömrələr bizim həyatımıza və gələcək işlərimizə təsir edir. Həyatda heç nə təsadüfi deyil. Telefon nömrəsində olan hər bir rəqəm özündə xüsusi enerji və informasiya daşıyır. Hər birimiz nömrə alarkən nəyəsə uyğun olaraq və ya nəyisə düşünərək alırıq. Bəzi insanlar ad gününə uyğun, kimisi ev nömrəsinə uyğun alır. Bəziləri buna heçdə önəm vermir və necə gəldi adi bir nömrə alır. Amma İndiki dövrdə buna ən çox önəm verən xanımlarımızdır. Onlar hər şeydə seçilməyi xoşladıqları kimi nömrə alarkəndə, mütləq yadda qalan nömrələr alırlar. Telefon numerologiyası həm mobil, həm də ev telefonlarına aiddir. Telefon nömrənizin kodunu tapmaq üçün Qayda: Nömrənin əvvəlində

Şəxsiyyət vəsiqəsi və sən. Hamını şəxsiyyət vəsiqəsinin seriyasının hansı rəqəmlərdən ibarət olduğunu və onların nə məna daşıdığı maraqlandırır.Numerologiya-rəqəmlərin magiyası bu sirri açmaqda

Resim
  Şəxsiyyət vəsiqəsi və sən. Hamını şəxsiyyət vəsiqəsinin seriyasının hansı rəqəmlərdən ibarət olduğunu və onların nə məna daşıdığı maraqlandırır.Numerologiya-rəqəmlərin magiyası bu sirri açmaqda kömək olacaq.Sən demə,bu qiymətli sənəddə çox böyük informasiya gizlənib. Beləliklə,şəxsiyyət vəsiqənizin seriya nömrəsindəki bütün rəqəmləri toplayın: Nümunə: Shexsiyet vesigesinin regelmerin toplayirsin: AZE№ 05270462 | 0+5+2+7+0+4+6+2=26. Alınmış rəqəmi də toplayırıq ki, bir rəqəm alınsın: 26=2+6=8 Deməli əsas kod 8 alındı. Sizdə öz seriya nömrənii diqqətlə toplayın,alınan rəqəm üzrə nəticəyə baxın. Rəqəmlərin Sirri: 1.) Ətrafdakıkar sizin orijinal və təkrarsız insan olduğunuzu qiymətləndirir.Amma özünüzə qapalılığınızı və ünsiyyətə can atmadığınızı qəbul etmək istəmirlər.Öz içinizdə sizi dərin bir tənhalıq və həyata keçirə bilmədiyiniz planların acısı sıxır. 2.) Sizi ünsiyətcil,mehriban və dostpərəst hesab edirlər.Amma bu xasiyyətinizdən çoxları öz məqsədi üçün istfadə edir.Bu,sizə ziyandı

Beşgünlük dünyadan sonra gələcək əbədiyyət barədə düşün

Resim
Beşgünlük dünyadan sonra gələcək əbədiyyət barədə düşün   İmam Əli (ə) cümə günlərinin birində xütbə deyərkən, əvvəl Allaha həmd etmiş və sonra da Peyğəmbərə (s) salavat göndərmişdir. Sonra buyurmuşdur: "Allah bəndələri! Sizlərə nəfsinizi tərbiyə etməyi və təqvaya riayət etməyi tövsiyə edirəm. Allahın itaətini qənimət bilin. Bacardığınız və gücünüz çatan qədər ömrünüzün keçən günlərində Allaha itaəti və əmrinin ardınca getməyi qənimət bilin. Bacardığınız qədər ölümün sizin üçün gətirə biləcəyi müsibətlərlə mübarizə aparmaq üçün saleh əməl hazırlayın. Ölümü o qədər böyük hesab edin ki, övliyalar və böyük alimlər ölümə mübarizədə titrəyirdilər. Ölümdən sonra bərzəx aləminin başlanğıcında baş verən hadisələr o qədər əzəmətli, çətin və dözülməzdir ki, bundan xəbərdar olan Allah bəndələri belə, titrəyərlər. Bu müşküllərlə mübarizə aparmaq üçün bir yol mövcuddur. Bu da saleh əməl və Allah yolunda iş görməkdir. Orada insanın dadına çatacaq tək şey - saleh əməldir. Mən sizə əmr edirəm. Mə

Halal ruzi qazanmağın 8 formulu

Resim
  Halal ruzi qazanmağın 8 formulu İbadətin 70 bölməsi vardır. Onun ən böyük hissəsi - halal ruzi qazanmaqdır. Övladın atası üzərindəki haqqı budur ki, ruzisini halal yolla təmin etsin. İmam Sadiq (ə) buyurur: "Hər kim duasının yerinə yetməsini istəyirsə, gərək gəlirini halal etsin. Qarnında haram tikə olan heç bir bəndənin duası Allah dərgahına yuxarı qalxmır". (Tebyan) Dinimiz halal ruzi qazanmağın formulunu müəyyən edib bizlərə çatdırmışdır. Onlara işarə edək: 1. Allahın Rəzzaq olduğunu qəbul edək. İnsanların əlində olana ümid bəsləməmək və etinasızlıq etmək - ən böyük zənginlikdir. Həzrət Peyğəmbər (s) buyurur: "Hər kim Allahdan qeyrisindən əlini kəsərsə, Allah onun həyat xərcini təmin edər. Gözləmədiyi yerdən ruzi verər. Ancaq o kəsin ki, ümid gözü dünyada olar, Allah onu dünyaya tapşırar". 2. Halal ruzi qazanmaq üçün səy et. Halal ruzi qazanmaq hər bir müsəlmana vacibdir. Bu yolda səy etmək o qədər əhəmiyyətli mövzudur ki, Həzrət Peyğəmbər (s) buyurub: "Hə

Şayiə yayanlar üçün ağrılı əzab olacaq

Resim
  Şayiə yayanlar üçün ağrılı əzab olacaq "(Etiqad, danışıq və əməldə) bilmədiyin şeyin arxasınca getmə. Çünki qulaq, göz və ürəyin hər biri sorğu-suala tutulacaqdır (insandan onların işləri barədə və onlardan öz işləri barəsində soruşulacaqdır)". ("İsra" 36). Bu gün cəmiyyətdə ən çox rast gəldiyimiz bəlalardan biri də şayiə yaymaqdır. Bu bəla cəmiyyətə böyük ziyan vurur və insanların arasına nifaq salır. Şayiə yaymaq və yanlış məlumat çatdırmaq - xəbərin özü deyildir, çünki çox hissəsi yanlışdır. "Həqiqətən iman gətirənlərin arasında çirkin əməlin yayılmasını (birinin pis işinin faş olmasını və ya həmin pis əməlin cəmiyyətdə yayılmasını) sevənlər (və bu istiqamətdə fəaliyyət göstərənlər) üçün dünya və axirətdə ağrılı bir əzab vardır. Allah (onun pis nəticə və aqibətini) bilir, siz isə bilmirsiniz". ("Nur" 19). Bu ayə Mədinədə şayiə yayan münafiqlərə işarə etmişdir. Bu münafiqlər Peyğəmbər (s) ailəsini insanların gözündən salmaq üçün şayiə yayırdı

Abırı aparan, ömrü qısaldan, duaları həbs edən günahlar

Resim
Abırı aparan, ömrü qısaldan, duaları həbs edən günahlar   Yaxşı əməl insanın ürəyini və simasını nurlandırdığı halda, günah ürəyi qaraldar və başqalarının nifrətinə səbəb olar. İmam Sadiq (ə) ən şox mənfi təsir qoyan günahlara işarə etmiş və buyurmuşdur: "O günah ki, neməti dəyişdirər - başqalarının haqqına təcavüz etməkdir. Peşmanlıq gətirən günah - qətldir. O günah ki, giriftarlıq əmələ gətirər - zülmdür. O günah ki, abırı aparar - şərabxorluqdur. O günah ki, ruzinin qarşısını alar - zinadır. O günah ki, ölümü tezləşdirər - qohumlarla əlaqəni kəsməkdir. O günah ki, duaların qəbul olmasına mane olar - ata və anaya itaətsizlik etməkdir". Qətl. Peşmanlıq gətirən kəbirə günah - qətldir. İmam Səccad (ə) buyurur: "O günah ki, peşmanlıq gətirər, (onlardan biri) Allahın (öldürməsini) haram etdiyi insanı öldürməkdir". Allah Təala Qabilin qardaşını öldürmək macərasında buyurur: "Səhəri peşman halda etdi". Abırı aparan günahlar. Pərdəni kənara çəkən günahlar ibarət

Payızda bu bitkinin çayını için

Resim
Payızda bu bitkinin çayını için   Soyuq payız ürək, sinir sistemi, böyrəklərin fəaliyyətinə olduqca mənfi təsir göstərir. Milli.Az xəbər verir ki, rusiyalı həkim-diyetoloq Viktoriya Savitskayanın fikrinə görə, orqanizmə olan mənfi təsiri ən yaxşı azaldan vasitə çökə çiçəyi dəmləməsidir. Dəmləmə beyinin və ürəyin fəaliyyətinə müsbət təsir edir, ürəyin ritmini və arterial təzyiqi tənzimləyir, sakitləşdirir, yuxunu yaxşılaşdırır. Diyetoloq dəmləməni hər gün adi çay kimi dəmləməyi (1 x.q. quru ot + 1 stəkan isti su) və soyuq halda içməyi tövsiyə edir. Dəmləməni su ilə durulaşdırıb uşaqlara da vermək olar. /medicina.az

Ana olmağa hazırlaşanlar bu xəbəri mütləq oxusun! Ana olmağa hazırlaşanlar bu xəbəri mütləq oxusun!

Resim
  Ana olmağa hazırlaşanlar bu xəbəri mütləq oxusun! Araşdırmalara görə, hər 5 hamilə qadından biri doğuş prosesindən çox qorxur. Amma bu qorxu hec də yaxşı nəticələrə gətirib çıxarmaya bilər. Belə ki, Oslo Universitetindən olan həkim mütəxəssislərin sözlərinə görə, gərgin, qorxan, stresli qadınlarda doğuş normaldan daha uzun müddət davam edir. Belə ki, körpəsini dünyaya gətirməyə hazırlaşan rahat olan qadınlarda bu proses orta hesabla 6, gərginlik içərisində olanlarda isə 8 saat davam edə bilir. Bunu müəyyən etmək üçün onlar minlərlə qadın üzərində psixoloji test keçiriblər. Test hamiləliyin 36 həftəsi boyu davam edib. Qrupdakı doğuşdan daha çox qorxan 7,5 faiz qadının körpəsini dünyaya gətirmək prosesi narahatlıq hissi keçirməyənlərə nisbətən 1-1,5 saat çox davam edib. Doğuş qorxusuna qalib gəlmək üçün isə gəzinti, yoqa kimi rahatladıcı yollara müraciət etmək məsləhət görülür.

Şəhidin gizli məktubu

Resim
Şəhidin gizli məktubu Müharibədə şəhid olmuş əmim oğlu Elmir şəhadətindən sonra tamam  təsadüf nəticəsində tapa bildiyimiz məktubuna bu sözlə başlamışdı, hələ o zaman avqustun 27-i idi... "6. iyul. Hərbidə ilk olduğum  gün. Hələki ev üçün darıxmamışam. Amma Gəncəyə yola düşdüyüm gün anamın arxamca baxıb ağladığını gördüm. Anam kimi mərd qadın ağlayırdı. Onun heç vaxt ağladığını görməmişdim. Hələ evə bir az gec zəng edəndə kövrəldiyini demirəm.  Artıq 52 gündür ki, hərbidəyəm. Keçirdiyim hər günə görə şükür edirəm. Olduğum bu günə kimi çox çətinliklərdən keçmişəm. Amma validenylərim bizə bu çətinliyi başa düşməyə imkan verməyiblər.  Hər çətinlik və hər yaxşı günümə görə Allaha şükür edirəm.  Gəncəyə gəldiyim ilk gündən sıra məşqləri başladı. Hər gün saat 8:00-dan 11:30-a qədər məşq edirdik. Hər kəs bu məşqlərə çox həvəslə yanaşırdı. Çünki 9 avqustda təntənəli and içmə günü idi. Hər kəs valideyni qarşısında qürurla bu keçidi edəcəkdi. Amma olmadı. Ölkədəki karantin vəziyyətinə görə